"Azərbaycan Dəmir Yumruq hesabına yeni reallıq yaradıb" - DEPUTAT

"Azərbaycan Dəmir Yumruq hesabına yeni reallıq yaradıb" - DEPUTAT"Mayın 10-u axşam saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələrinin Zod istiqamətindən üzbəüz mövqelərimizi intensiv atəşə tutması, bir hərbi qulluqçumuzun şəhid olması, digərinin ağır yaralaması təsadüfi toqquşma hesab oluna bilməz və birmənalı olaraq açıq təxribatdır. Bu gün səhərdən etibarən isə iriçaplı silahlar və minaatanlardan geniş istifadə olunması İrəvanın bu təxribatları qəsdən genişləndirməkdə maraqlı olduğunu göstərir. Eyni zamanda toqquşmaların gedişində məqsədli və müxtəlif dezinformasiyaların yayılması lokal qarşıdurmadan daha böyük olan total məqsədlərdən xəbər verir. Bu mənada prosesə Basarkeçər-Kəlbəcər istiqamətində toqquşmalar və Ermənistanda revanşist kəsimin niyyəti çərçivəsində yox, bütövlükdə son günlərin regional situasiyaları rakursundan baxmaq, xüsusən digər qonşularımız, o cümlədən Ermənistana təsir imkanı güclü olan subyektlərin prosesdə mümkün rolu prizmasından baxılmalıdır. Təbii ki, belə müdaxilələrin yeganə məqsədi Azərbaycanın iradəsinə təsir cəhdləri ola bilər. Lakin Prezident İlham Əliyev dünən Şuşadan xalqa müraciət edərkən açıq formada ifadə etdi ki, "Biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq. Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, hazırda vəziyyətə gəlincə, Azərbaycan Ordusu bütün istiqamətlərdə əməliyyat şəraitinə nəzarət edir, bütün formalarda hücum cəhdləri nəinki dəf edilir, üstəlik düşmən layiqli formada cavabını alır.

"Erməni xalqı nəhayət ki, başa düşməlidir ki, artıq 90-cı illərin hər kəs tərəfindən müdafiə olunan Ermənistanı və məğlub Azərbaycanı yoxdur, artıq situasiya dəyişib. Azərbaycan Dəmir Yumruq hesabına yeni reallıq yaradıb və bu reallıqda Ermənistan məğlubdur. Məğlub bir dövlətin və toplumun revanşist cəhdləri onları məhvə aparır. Ermənilər nəhayət anlamalıdır ki, onlar alət kimi istifadə olunur və Azərbaycan da bu vəziyyətə daha 30 il dözmək niyyətində deyil. Nə Ermənistan, nə də havadarları unutmamalıdır ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycanın tək yaxud hər hansı müttəfiqi ilə bərabər kollektiv formada regionda sülh və təhlükəsizliyə təhdid yaradan bütün maneələri, harada yerləşməsindən asılı olmayaraq, aradan qaldırmaq hüququna malikdir. Bu son 20 ildə dəfələrlə müraciət edilmiş ümumtanınmış normadır və beynəlxalq birliyin bərabər hüquqlu üzvü kimi Azərbaycan bu hüququndan istifadə etmək, Ermənistan ərazisində bu təhdidləri aradan qaldırmaq haqqına sahibdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 828   Tarix: 11 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsilalanların, eyni zamanda təhsil verənlərin vahid geyim forması təsdiq olunub. Bu geyim forması sağlam təhsil mühitinin formalaşmasına, təhsilə yanaşmanın dəyişməsinə, həm təhsil verənlərin, həm də təhsilalanların geyim qaydalarına düzgün riayə

9 oktyabr
.

Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda bəzi kolleclərin universitetlərin tərkibinə daxil edilməsi, digərlərinin isə ləğv olunması nəzərdə tutulur. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərovun açıqlamasına görə, kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinə inteqrasiyası istiqamətində işlər aparılır

9 oktyabr
.

Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov təqaüdə göndərilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Qeyd edək iki, V.Qurbanov 2009-cu ildən başlayaraq DGK-nı

8 oktyabr
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

8 oktyabr
.

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə

9 oktyabr
.

Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək

Məktəb mühitində qaydalara əməl olunması yalnız geyimlə məhdudlaşmır. Dərsə vaxtında gəlmək, müəllim və sinif yoldaşlarına hörmətlə yanaşmaq, dərs prosesinə mane olmamaq və məktəbin daxili intizam qaydalarına riayət etmək də sağlam təhsil mühitinin əsas şərtlərindəndir. Bu baxımdan məktəb rəhbərliyini

9 oktyabr
.

Məktəbdə nizam-intizam niyə vacibdir? - Qaydalar olmadan keyfiyyətli təhsil mümkündürmü?

Məktəb yalnız şagirdlərə bilik verən müəssisə deyil, həm də onların şəxsiyyət kimi formalaşdığı, məsuliyyət və davranış mədəniyyəti qazandığı bir mühitdir. Bu mühitdə nizam-intizamın qorunması, müəyyən edilmiş qaydalara əməl olunması və qarşılıqlı hörmətin təmin edilməsi təhsilin ayrılmaz hissəsidir

9 oktyabr
.

Ramin Məmmədov: "Məqsədimiz tarixini anlayan və dövlətinin nailiyyətlərini dərk edən vətəndaş yetişdirməkdir"

"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir". BİG.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusund

9 oktyabr