DİN-dən əhaliyə vacib müraciət
Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.
Bu barədə Sonxeber.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən alqı-satqı saytlarında elan yerləşdirən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə və ya tətbiqlər vasitəsilə yazmaqla məhsulu alacağı vədini verərək guya pul köçürmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.
Nazirlik vətəndaşlara müraciət edərək, belə şəxslərə inanıb kart məlumatlarını təqdim etməməyə çağırıb.
"Vətəndaşlar kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, o cümlədən ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər" -deyə müraciətdə qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2127 Tarix: 11 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsilalanların, eyni zamanda təhsil verənlərin vahid geyim forması təsdiq olunub. Bu geyim forması sağlam təhsil mühitinin formalaşmasına, təhsilə yanaşmanın dəyişməsinə, həm təhsil verənlərin, həm də təhsilalanların geyim qaydalarına düzgün riayə
9 oktyabrŞahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov təqaüdə göndərilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Qeyd edək iki, V.Qurbanov 2009-cu ildən başlayaraq DGK-nı
8 oktyabrHadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrNoyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
8 oktyabr