"Övladlarımın təhsilindən tam razı deyiləm" - Nazir
Gənclər və idman naziri Fərid Qayıbov "Təhsil TV"də yayımlanan "İmtahan" verilişinin qonağı olub.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazir şagirdlərin ona ünvanladığı suallara cavab verib.
F.Qayıbov "Həyat hansı idman növünə bənzəyir?" sualını cavablandırıb:
"Həyat futbola bənzəyir. Çünki bu idman növünün içində hər şey var – dram, sevgi... Ona görə də həyatı ona bənzətmək olar. Özüm də futbol azarkeşiyəm. Bizdə bu idman növü zəifdir. Klub səviyyəsində uğurumuz olsa da, milli komanda səviyyəsində belə deyil. Bunun bir çox səbəbi var və bu səbəblərin aradan qaldırılması üçün işlər görülməlidir".
Nazir səhvlərini etiraf edib: "Həyatda səhvlərim olub, amma onlardan heç zaman qorxmamışam. Şagirdlərə də səhv etməkdən qorxmamalı olduqlarını demək istəyirəm".
F.Qayıbov "Övladlarınızın təhsilindən tam razısınız?" sualını da cavabsız qoymayıb: "Övladlarımın təhsilindən tam razı deyiləm. Valideynlərin əksəriyyəti övladlarının təhsilindən tam razı olmur. Övladlarım bəzən idmançı olmaq istəyirlər, bəzən başqa peşəni seçmək istəyirlər. Amma mən istəyərədim ki, seçimi onlar özləri etsin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1483 Tarix: 11 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsilalanların, eyni zamanda təhsil verənlərin vahid geyim forması təsdiq olunub. Bu geyim forması sağlam təhsil mühitinin formalaşmasına, təhsilə yanaşmanın dəyişməsinə, həm təhsil verənlərin, həm də təhsilalanların geyim qaydalarına düzgün riayə
9 oktyabrŞahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov təqaüdə göndərilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Qeyd edək iki, V.Qurbanov 2009-cu ildən başlayaraq DGK-nı
8 oktyabrHadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrNoyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
8 oktyabr