Azərbaycanda qızını zirzəmidə saxlayan ataya bu cəza verildi
Mingəçevir Şəhər Məhkəməsində əqli geriliyi olan 19 yaşlı qızına əzab verən, onu zirzəmidə və həyətdə boruya bağlı halda saxlayan atanın məhkəməsi keçirilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Ü.Bədəlov Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6 və 145.2.5-ci (Əzab vermə - köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə və qanunsuz azadlıqdan məhrumetmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilib.
Məhkəmənin hökmü ilə Ü.Bədəlov 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İstintaq və məhkəmə prosesi dövründə ev dustaqlığında olan şəxs məhkəmə zalındaca həbs edilib.
Məhkəmədə bildirilib ki, 4 uşaq atası olan Ü.Bədəlov 2022-ci il tarixdən etibarən orta dərəcəli əqli gerilik davranış pozğunluğu və "kaxeksiya" diaqnozu qoyulmuş qızına tibbi kömək göstərilməsi və lazımi şəraitdə saxlanılması üçün mümkün ola biləcək ixtisaslaşdırılmış tibb müəssəsilərinə müraciət etməyib.
O, qızının keçirdiyi psixoloji xəstəlik səbəbindən 2022-ci ildən etibarən digər ailə üzvlərinin də ona qulluq göstərilməsinin qarşısını alaraq, keçirdiyi psixoloji xəstəliyinə görə qızını günahlandırıb.
Ü.Bədəlov qızını mütəmadi döyərək xəsarətlər yetirib, onu evinin zirzəməsində pis qoxulu, qaranlıq yerdə aclığa və digər qeyri-insani rəftara məruz qoymaqla, həmçinin həyətdə dirəyə bağlamaqla saxlayıb.
Ü.Bədəlov ifadəsində qızının keçirdiyi psixoloji xəstəlikdən sonra evdəki əşyalara tez-tez ziyan vurduğunu, həyətdən çıxıb qaçdığını və məcbur qalıb onu qapalı zirzəmidə saxladığını, həmçinin həyətdə dirəyə bağladığını deyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Gündə minimum addım sayı təyin edildi
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA