İsveçli səyahətçi: "Ağdamdakı Çörək Muzeyini dağıdılmış vəziyyətdə görmək üzücüdür"

İsveçli səyahətçi: "Ağdamdakı Çörək Muzeyini dağıdılmış vəziyyətdə görmək üzücüdür""Ağdamdakı Çörək Muzeyinin demək olar ki, tamamilə dağıdılmasını görmək üzücüdür, ondan yalnız fasadın və mozaikanın bir hissəsi qalıb".

"Report" xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən səyahətçilər qrupuna rəhbərlik edən "Club 100"ün İdarə Heyətinin üzvü, isveçli səyahətçi Bengt Hildebrand deyib.

"Qarabağ kimi ərazilər ziyarət üçün o qədər də əlçatan deyil, biz burada olduğumuza görə çox şadıq. İşğaldan azad olunan ərazilərin təbiəti çox gözəl və mənzərəlidir, Qarabağın dağlarının bəzi yerləri mənə İsveçi xatırladır", - o söyləyib.

Səyahətçinin sözlərinə görə, təbiətlə yanaşı, dağıdılmış Ağdam Çörək Muzeyi də onda böyük təəssürat yaradıb: "Düşünürəm ki, vaxtilə bu, çox gözəl tikili olub, indi onun belə vəziyyətdə olması təəssüf doğurur".

Səyahətçi mina partlamasını izləməyin onun üçün maraqlı, eyni zamanda olduqca qorxulu təcrübə olduğunu əlavə edib.

Xatırladaq ki, bu gün başa çatacaq üçgünlük səfər çərçivəsində "Club 100" üzvləri Füzuli, Horadiz, Ağdam, Laçın, Zəngilan və Cəbrayıl rayonlarında olublar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 662   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsilalanların, eyni zamanda təhsil verənlərin vahid geyim forması təsdiq olunub. Bu geyim forması sağlam təhsil mühitinin formalaşmasına, təhsilə yanaşmanın dəyişməsinə, həm təhsil verənlərin, həm də təhsilalanların geyim qaydalarına düzgün riayə

9 oktyabr
.

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran

9 oktyabr
.

Məleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura

9 oktyabr
.

Süni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?

Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi

8 oktyabr
.

Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq

Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-

9 oktyabr
.

"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində sistemdə yaranan problemin səbəbi açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərini

8 oktyabr
.

Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu

İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə

8 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifariş

8 oktyabr