"Vergiləri hamının eyni qaydada ödəməməsi rəqabət mühiti üçün ciddi problem yaradır"- İqtisadçı-ekspert

"Vergiləri hamının eyni qaydada ödəməməsi rəqabət mühiti üçün ciddi problem yaradır"- İqtisadçı-ekspertİstiqamət: azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
"Azərbaycanda biznesə başlamaq çox rahatdır, onlayn şəkildə 1-2 günə biznesə başlamaq olar, hətta fiziki sahibkar şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə, bu, bir neçə saata baş verə bilər. Amma vergi yükü az olsa da, vergiləri hamının eyni dərəcədə ödəməməsi rəqabət mühiti üçün ciddi problem yaradır".

Bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli Sonxeber.az-a bildirib.

O qeyd edib ki, hökumət ixracyönümlü sahibkarlığı formalaşdırmağa çalışsa da, bu çox çətindir. Dövlət məmurlarına məxsus şirkətlərin mövcudluğu həmin sahədə qeyri-dövlət məmurlarının biznesini yaratmasına imkan vermir.

"Azərbaycanda azad sahibkarlığın vəziyyətinə birmənalı qiymət vermək çətindir. Bir çox məsələlər var ki, hətta dünyanın ən yaxşı səviyyəsindəyik. Biznesə başlamaq çox rahatdır, onlayn şəkildə 1-2 günə biznesə başlamaq olar, hətta fiziki sahibkar şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə, bu, bir neçə saata baş verə bilər. Dünyanın çox nadir ölkələrində bu cür prosedurlar var. Vergi yükünə görə Azərbaycan Avropanın istənilən ölkəsindən yaxşı vəziyyətdədir. Hökumətin biznesə dəstəyi, kiçik və orta sahibkarlığa vergi güzəştləri də normal vəziyyətdədir. Amma narahatlıq edən məsələ rəqabət mühiti ilə əlaqədardır. Vergi yükü az olsa da, vergiləri hamının eyni qaydada ödəməməsi rəqabət mühiti üçün ciddi problem yaradır. Bəziləri vergidən yayınır. Hökumət çalışır ki, ixracyönümlü sahibkarlıq formalaşdırsın, amma çox çətindir. Bunun obyektiv səbəbləri var, həm də hökumətin tənzimləməli olduğu məsələr var. Bazar da kiçik olduğuna görə ucuz ticarət vasitəsi olan okean və dənizə çıxışımız olmadığına görə bir çox sahələrdə rəqabət qabiliyyətli ola bilmirik. Üstəlik neft və qazdan rahat gəlirin gəlməsi ölkənin ciddi, sərt islahatlara getməsinə imkan vermir. Bundan əlavə, dövlət sektorunun bir çox sahələrdə monopoliyasının olması özəl sektorun fəaliyyət dairəsini məhdudlaşdırır. Eyni zamanda dövlət məmurlarına məxsus şirkətlərin mövcudluğu həmin sahədə qeyri-dövlət məmurlarının biznesini yaratmasına imkan vermir. Bu tip rəqabət mühiti ilə əlaqədar məsələlər var ki, sahibkarlığın inkişafına mane olur" ,- deyə Xalid Kərimli vurğulayıb.

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Vergiləri hamının eyni qaydada ödəməməsi rəqabət mühiti üçün ciddi problem yaradır"- İqtisadçı-ekspertŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1993   Tarix: 16 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır

Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək. xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir. Qeyd olunur ki, ölkənin ümumi istixan

10 noyabr
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15 noyabr
.

Qızılın qiyməti son bir ilin minimumuna düşdü

Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai

16 noyabr
.

Türk lirəsi tarixi minimuma düşdü

Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib

2 noyabr
.

Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra

9 noyabr
.

"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib

Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu

2 noyabr
.

2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə pensiyaların 7,5 faiz artırılması nəzərdə tutulur. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 639-640 manata çatacağı gözlənilir. Bununla belə, pensiyaların nominal artımı onların real alıcılıq qabiliyyətinin də eyn

11 noyabr
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

15 noyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0

4 noyabr