"Vətənini satan və düşmən dəyirmanına su tökənlər qanunla ən sərt şəkildə cəzalandırılmalıdırlar" - DEPUTAT
Xəbər verdiyimiz kimi İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının Respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat zamanı müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə "Kərimə" dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin sürətli inkişafına mane olmağa və mövcud sabitliyi pozmağa çalışan qüvvələrin aktivliyi müşahidə olunur:
"Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər bizə dost kimi görünən dövlətlərin əsil simasını ortaya çıxardı. Xüsusilə də İranın. Azərbaycanın günü-gündən güclənməsi və ərazi bütövlüyünü bərpa etməsi İranı ciddi şəkildə narahat edir. Heç kəsə sirr deyil ki, İran uzun illərdir, Azərbaycanda özünü casus şəbəkəsini yaratmağa çalışır. Bunun üçün də külli miqdarda pullar xərclənməkdən də çəkinmir. İran düşünür ki, xərclədiyi pullar vasitəsilə yaratdığı casus şəbəkəsilə ölkəmizdə hakimiyyət dəyişikliyinə nail ola biləcək. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən uğurlu əməliyyat bir daha İranın iyrənc planını iflasa uğratdı. Azərbaycan qüdrətli dövlətdir və kənar müdaxilənin qarşısını operativ şəkildə almağa malik güclü hüquq mühafizə orqanları var".
Deputat vurğulayıb ki, təəssüf ki, bu gün ölkə daxilində və xaricində dövlətimizdə mövcud sabitliyi pozmağa çalışan qüvvələrə işləyən şəxslər var:
"Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlardan narahatdırlar. Həmin şəxslər öz nəfsinin quluna çevrilən və vətən sevgisindən məhrum satqınlardır. Hesab edirəm ki, hüquq mühafizə orqanları tərəfindən casus şəbəkələrinin ifşa edilməsi istiqamətində keçirilən əməliyyatlar davamlı olmalı, vətənini və xalqını satan, düşmən dəyirmanına su tökənlər qanunla ən sərt şəkildə cəzalandırılmalıdır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Gündə minimum addım sayı təyin edildi
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA