Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Nümayəndələr Palatasının sədri ilə görüşüb
Spiker Sahibə Qafarova mayın 16-da Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak üçün Azərbaycanda səfərdə olan Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.
Sonxeber.az xəbər verir ki, Sahibə Qafarova qonağı salamlayaraq, Azərbaycan parlamentinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirak etdiyinə görə ona təşəkkürünü bildirib. Azərbaycanın Mərakeş ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyən spiker Sahibə Qafarova ortaq dini və mədəni dəyərlərimizin ölkələrimiz arasında əlaqələrə müsbət təsir göstərdiyini bildirib.
Sahibə Qafarova diplomatik münasibətlərimizin qurulmasının keçən il 30 illiyinin qeyd olunduğunu xatırladaraq, Ulu Öndər Heydər Əliyevin dövlətlərimiz arasında əlaqələrin inkişafındakı rolundan danışıb.
Siyasi, iqtisadi, mədəni sahələrdə, həmçinin parlamentlərarası əlaqələrdə münasibətlərin dərinləşdirilməsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarından söz açan spiker Sahibə Qafarova Mərakeşin Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakını yüksək qiymətləndirib. O, parlament əlaqələrinin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm və müsbət təsirindən bəhs edib, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının, parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasına dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Raşid Talbi El Alami Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işləri yüksək qiymətləndirdiklərini bildirib. Qonaq deyib ki, vaxtilə Heydər Əliyevin əsasını qoyduğu siyasətin, gördüyü işlərin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın indiki inkişaf səviyyəsinə çatması, həyatın bütün sahələrində nailiyyətlər əldə etməsi və qüdrətli dövlətə çevrilməsi onu sevindirir. Sonra qonaq ikitərəfli münasibətlərin və parlamentlərarası əlaqələrin inkişafı perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə tərəflər bir-birinin ərazi bötövlüklərini qarşılıqlı şəkildə dəstəklədikləri haqqında fikirlərini ifadə ediblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Gündə minimum addım sayı təyin edildi
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA