Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavininə təşəkkür edib
Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiukla görüşüb.
Sonxeber.az xəbər verir ki, qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak etdiyinə görə ona təşəkkürünü ifadə edib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin tarixi çox böyükdür. Xalqlarımız uzun illər dostluq şəraitində yaşayıb və bu gün də bu münasibətlər davam edir. Azərbaycan dost ölkələrlə, o cümlədən Ukrayna ilə əlaqələrin inkişafına həmişə böyük diqqət yetirib və hazırda ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.
Görüşdə ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan və Ukrayna həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanla Ukrayna arasında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Xatırladılıb ki, bu ilin fevralında Ukrayna Radasında dostluq qrupunun üzvləri Azərbaycanda səfərdə olublar. Apreldə Azərbaycan parlamentində dostluq qrupunun 4 üzvü Ukraynada səfərdə olub.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Gündə minimum addım sayı təyin edildi
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA