Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb

Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.

Sonxeber.az xəbər verir ki, sədr qonağı salamlayaraq, dəvəti qəbul edib Milli Məclisin Heydər Əliyevin 100 illiyi ilə bağlı xüsusi iclasında iştirakına görə Rusiya nümayəndə heyətinə və iclasdakı çıxışında Ulu Öndər haqqında söylədiyi səmimi sözlərə görə təşəkkür edib.

Görüşdə bildirilib ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında Heydər Əliyevin xidmətləri danılmazdır.

Sahibə Qafarova Rusiyanın Dövlət Dumasında və Federal Şurada Heydər Əliyevin yubileyi ilə bağlı təşkil olunmuş sərgilərə görə Rusiya tərəfinə təşəkkür edərək, görkəmli dövlət xadiminin xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib və bunu iki ölkə arasında dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Spiker Rusiyaya səfəri çərçivəsində paytaxt Moskva şəhərində keçirilən tədbirlərdə çıxış edənlərin Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev haqqında söylədikləri xoş sözlərlə bağlı təəssüratlarını bölüşüb. Qeyd edib ki, əsası Heydər Əliyev dönəmində qoyulmuş Rusiya-Azərbaycan münasibətləri bu gün Azərbaycan və Rusiya liderləri tərəfindən uğurla davam etdirilir və bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Söhbətdə parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri, dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlərin əhəmiyyəti barədə danışılıb.

Səmimi görüş üçün minnətdarlığını bildirən Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin tədbirə dəvətə görə minnətdarlığını bildirərək, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Rusiyada da həmişə böyük ehtiramla anıldığını, onun SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə Rusiyada gördüyü nəhəng işlərin bu gün də minnətdarlıqla xatırlandığını söyləyib. O, Azərbaycan-Rusiya münasibətlərinə toxunaraq, Heydər Əliyevin bu sahədəki xidmətlərini yüksək dəyərləndirib.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 941   Tarix: 17 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi

Oğuz rayonu, Kərimli kəndində yerləşən "Grafinya" ailəvi istirahət mərkəzinin rəhbəri İlham Cəfərov qonşusuna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, İlham Cəfərov qonşusunun uzun müddət ərzində onun və rəhbərlik etdiy

8 oktyabr
.

98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda 98 saylı uşaq bağçasında baş verdiyi bildirilən hadisə ciddi suallar yaradıb. Bağçaya gedən azyaşlının qanında psixotrop maddənin aşkarlanması ilə bağlı iddia araşdırmaya səbəb olub. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb və bağçanın fəaliyyətində bir sıra nöqsanla

8 oktyabr
.

Son istifadə tarixinə 2-3 ay qalan məhsulları almaq olarmı? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə alıcıların diqqətini cəlb edən endirimlər arasında son istifadə tarixinə iki-üç ay qalmış ərzaq məhsulları da var. Qiymətlərin aşağı salınması istehlakçılara daha sərfəli alış-veriş imkanı yaratsa da, belə məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxır. Xüsusil

9 oktyabr
.

Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı barədə məlumat verilmişdi. Suyun verilişini

8 oktyabr
.

Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlərdə münasibətlərdə yaş fərqi və evli şəxslərlə münasibət qurmaq kimi mövzular daha çox diqqət çəkir. Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin özündən iki dəfə böyük münasibətdə olduğu kişi tərəfindən öldürülməsi bu mövzunu yenidən gündəmə gətirdi. Bəzən gənc qadınların özlərində

8 oktyabr
.

Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq

Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-

9 oktyabr
.

Məleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura

9 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində sistemdə yaranan problemin səbəbi açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərini

8 oktyabr