Milli Məclisin şöbə müdiri: "Aliment öhdəliyi olan şəxslər sosial həssas qrup kimi tanınmalıdır"
"Aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır".
Sonxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, alimentlə bağlı problemlər də çox ciddidir: "Bilirik ki, aylıq gəlir olduqda uşaqların sayına görə müvafiq olaraq aliment gəlirin 1/4, 1/3 və ½ hissəsində təyin olunur. Bu alimentin mənbəyində tutulma imkanı da mövcuddur ki, bu sahədə problem olmur, eyni zamanda kifayət qədər ədalətlidir. Amma aylıq gəlir olmadıqda ya onu sübut etmək olmadıqda, bu halda aliment yaşayış minimumuna uyğun olaraq müəyyən olunur. Əgər üç uşaq varsa bu məbləğ kifayət qədər yüksək olur. Belə olan halda gəliri və işi olmayan şəxsin aliment öhdəliyinin miqdarı bəzi hallarda müəyyən miqdar əmək haqqı alan şəxsin ödədiyi alimentin miqdarından daha çox olur. Hansı ki, işsiz şəxsin daha az ödəyə bilməsi reallığı da var".
Şöbə müdiri hesab edir ki, aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır: "Belə olduqda onlar nəinki alimenti ödəyər, həm də öz gələcək ailə planlarını da icra edə bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 758 Tarix: 19 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi
Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura
9 oktyabrXəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir
Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz
9 oktyabrBakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran
9 oktyabrSumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
9 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrSəbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabr