Formula 1-də niyə qadınlar yarışmırlar?

Formula 1-də niyə qadınlar yarışmırlar?Avtomobil idmanının zirvəsi kimi tanınan "Formula 1"-də sürücülərin kişi olması ilə bağlı şərt olmasa da, bu günə qədər "Formula 1" bolidinin sükanı arxasında çox az qadın olub. Niyə bu şəbəkədə qadın sürücü yoxdur? Demək olar ki, hər bir idman növündə kişi və qadın qolları ayrılır. Kişi və qadınların birlikdə yarışdığı idman növləri çox azdır. Formula 1-də qadınların yarışması üçün kağız üzərində heç bir maneə olmadığı və böyük qadın auditoriyası olduğu halda, niyə Formula 1-də heç bir qadın sürücü görmürük? Bunun səbəbi çoxlarının düşündüyü kimi qadınların bu idman növünə uyğun olmaması deyil.

Əvvəlcə tarixdəki qadın yarışçılara nəzər salaq. Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Formula 1 tarixində yarışlarda iştirak etmək üçün bu günə qədər 5 qadın mübarizə aparsa da, bu qadınlardan yalnız ikisi yarışa başlamaq hüququ qazana bilsə də, cəmi bir qadın xal toplamağı bacarıb. "Formula 3" və "Formula 2" tarixən daha çox qadın sürücülərin iştirak etdiyi çempionatlar kimi seçilir. Danica Patrick kimi qadın sürücülər də "NASCAR" kimi seriyalarda yarışmaqla tanınırlar. Qeyd edək ki, müxtəlif "NASCAR" seriyalarında yarışmış bir çox qadın sürücü var və bəziləri hələ də yarışdadır. Oxşar vəziyyət "INDYCAR" seriyasına da aiddir. Dakar rallisini qazanan Jutta Kleinşmidt, Venturi "Formula E" komandasının rəhbəri olan və "Formula 1"-in qapılarını itələyən Susie Volff və Dünya Ralli Çempionatını 2-ci yerdə bitirməyi bacaran Mişel Mouton kimi adları çəkə bilərik.

Formula 1-də niyə qadınlar yarışmırlar?

Öncə onu qeyd edək ki, işin istedadla və ya fiziki qabiliyyətlə heç bir əlaqəsi yoxdur, pulla bağlıdır. Bu vəziyyəti addım-addım izah edək. Formula 1-də yarışmağın yolu çoxlu pul xərcləməkdir. Əgər bu gün 4 yaşında bir uşağınız olsaydı və onu Formula 1 yarışçısı etmək qərarına gəlsəydiniz, onun karyerası boyunca bir neçə milyon dolları qurban verməli və ya Formula 1-ə girməzdən əvvəl bir neçə milyon dolları vermək üçün sponsor tapmalı olacaqsınız.

Sofia Flrc adlı qadın yarışçı deyir ki, qadınlar üçün ilk və ən böyük maneə sponsorluqdur. Qadınlar sponsor tapa bilmədiklərindən kiçik komandalara gedirlər. Kiçik komandalarda olduqları üçün yaxşı maşınlara çıxışları yoxdur. Yaxşı maşınlara çata bilmədiklərinə görə, əla göstəricilərə nail ola bilmirlər. Sponsorlar yaxşı performansa nail ola bilmədiklərinə görə qadın pilotlara yaxınlaşmırlar. Ona görə də qadın pilotlar sponsor tapa bilmir.

Digər bir səbəb isə, qızların avtomobillərdən uzaqlaşdırılmasıdır. Bu məqam çox vaxt diqqətdən kənarda qalır, lakin vurğulanması lazım olan bir məqamdır. Son illərə qədər qızlar gokart şəbəkələrinə yönəldilmirdi.

"Bizdə də attraksionlarda kiçik gokartlarda belə qızlara "oğlanlar üçündür" deyildiyinin şahidi olmuşam. Dünyada qavrayış fərqli deyildi. Buna görə də, qızlar yarış seriyasına girəndə əlverişsiz vəziyyətdə olurlar"-deyə yarışçı qeyd edir.

Qadınlar "Formula 1"-ə girməkdə çətinlik çəkdiyi üçün Formula Management qadınlar üçün "W Series" adlı çempionata başladı. Bütün qadın pilotlara oxşar xüsusiyyətlərə malik avtomobil verən bu seriya, sponsor ehtiyacını minimuma endirmək və qadınların yolunu açmaq üçün nəzərdə tutulub. Bu qərar qadınları ayırdığı və "Formula 1"-ə keçidini çətinləşdirdiyi üçün tənqid olundu, lakin çempionat keçirilməyə davam etdi. Çempionatın ilk iki ilində qalibi əvvəllər Britaniya GT çempionu olan Ceymi Çadvik olub. Çadvik 2022-ci il mövsümünün qalibi olmasına baxmayaraq, sponsorların dəstəyinin kəsilməsi səbəbindən mövsümün iki yarışı erkən bitdi.

Bu qərara səbəb kimi 2023-cü il mövsümü üçün sərmayə qoyulacağı göstərilib. Görünür, "W Series" hələ arzu olunan nöqtədə deyil.

"W Series" və "Formula E" üçün kifayət qədər tanıtım yoxdur.

Qadınların yarışdığı oyunlara maraq necədir?

Bu vəziyyətin əsas səbəbi maraq yox, məlumatsızlıqdır. Yarış həvəskarlarının əksəriyyəti izləmək üçün bir yarış olub-olmadığını izləyir. "Formula W" seriyasına daxil olmaq çox çətin və mürəkkəbdir. Bəzi bölgələr üçün hətta birbaşa yayım xidməti yoxdur.

"Formula 1"-in qadınlara baxışı da olduqca mübahisəlidir…

"Formula 1" Qrupunun baş direktoru Stefano Domenikali müsahibəsində bildirib ki, yaxın beş il ərzində qadın sürücünün "Formula 1"-ə qatılması mümkün görünmür. "Formula 1"-in keçmiş rəhbəri Berni Ekklstoun bir dəfə demişdi ki, "Formula 1-də qadın sürücüləri ciddi qəbul etmirlər, azarkeşlər maraqlanmır, sponsorlar pul qoymurlar".

Ən son nümunə, Susie Volff, Villiams komandası ilə sınaqda iştirak edərkən komanda yoldaşı Felipe Massadan bir qədər yavaş idi. Onu da xatırladaq ki, Massa 2008-ci ildə 1 xalla ikinci olmuşdu və o, Ferrari-də illərlə mübarizə aparmışdı. Volfun uğuruna baxmayaraq, Red Bull-dan Helmut Marko kimi adlar qadınların "Formula 1"-də yarışa bilməyəcəyini düşünür.

"Formula 1" daha çox kişiləri əhatə etməyə çalışır. Ola bilsin ki, yaxın illərdə Formula 1 avtomobillərindən birinin sükanı arxasında qadın sürücünü görə bilərik. Kiçik pilot proqramlarında iştirak edən qadın pilotlar bu mövzuda ümidini itirməyiblər.

Bizimyol.info


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1381   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Atletika çempionatında kütləvi zəhərlənmə

Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa

13 sentyabr
.

"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video

"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan

15 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd

16 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr
.

"Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı

"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ı

22 sentyabr