Əkin sahələrinin azalması hansı problemləri yaradacaq?
2023-cü ilin yanvar-aprel aylarında cəmi 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8% azalma deməkdir.
Əkin sahəsinin azalması birbaşa məhsul istehsalının kiçilməsinə əsas verir. Bu da ölkəmizin ərzaq təhlükəsizliyi üçün yaxşı heç nə vəd etmir.
Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "Bizim.Media"ya açıqlamasında problemin səbəblərini sadalayıb:
"Pambıqçılıqdan başqa digər kənd təsərrüfatı sahələrinə dövlət dəstəyi kifayət qədər aşağıdır. Üstəgəl, ciddi su problemi var. Bu problem də həll edilməyib. Ona görə də fermerlər hər il əkin əkib qazanmaq əvəzinə ziyana düşürlər. Bu minvalla fermerlərin əkin-biçinə marağı azalır.
Nəticədə, əkin dövriyyəsi ilbəil azalır.
Təəssüf ki, təkcə əkin sahələri azalmır, həm də heyvandarlıq hər ötən il geri gedir. Bunun da bir səbəbi stimullaşdırıcı tədbirlərin azlığı, digər səbəbi isə ölkədə su təminatının bərbad vəziyyətdə olmasıdır. Ölkənin iqtisadi imkanları ilə yaşadığımız su problemləri arasında tərs mütənasiblik var. Bu qədər iqtisadi resurslara malik bir ölkədə suyun problem olması sadəcə inanılası məsələ deyil".
Akif Nəsirli onu da qeyd edib ki, həm su qıtlığı, həm də stimullaşdırıcı tədbirlərin az olması fermerləri həvəsdən salır:
"Yerli istehsal azaldıqca idxal artır. Təsadüfi deyil ki, bu ilin birinci rübündə kənd təsərrüfatı məhsullarının idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb. İdxalın artması isə ölkənin ərzaq təhlükəsizliyinə çox ciddi təhdidlər yaradır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15 noyabrQızılın qiyməti son bir ilin minimumuna düşdü
Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai
16 noyabrTürk lirəsi tarixi minimuma düşdü
Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib
2 noyabrAzərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra
9 noyabr"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib
Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu
2 noyabrAzərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15 noyabrQızıl bazarında son vəziyyət
2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0
4 noyabr