Maaşın gecikməsinə görə kompensasiya ala biləcəksiniz - VİDEO
Maaşın gec ödənməsi halı çoxlarının qarşılaşdığı problemdir.
"Xezerxeber.az" xəbər verir ki, əksər hallarda özəl şirkətlər işçilərinə maaşı əmək müqaviləsində təyin olunan vaxtdan 3-5 gün, bəzi hallarda isə daha gec ödəyirlər.
Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, bu hallarda qanunda gecikdirilən hər gün üçün maaşın 1 faizi həcmində işçiyə pul ödənməsi tələbi öncədən mövcud idi.
Ancaq Konstitutsiya məhkəməsinin yeni qərarına əsasən artıq işəgötürənlə işçi arasında fərdi əmək mübahisəsi maaşın gecikdirilməsinə səbəb olduqda da işçiyə əlavə kompensasiya ödənməlidir.
Məsələ ilə bağlı danışan hüquqşünas Ayazbəy Əhmədov bildirir ki, yeni qərar işçilərin hüquqlarının müdafiəsini daha da gücləndirir.
Yəni, əgər işəgötürənlə-işçi arasında fərdi əmək mübahisəsi səbəbindən onun 1000 manat olan maaşı 10 gün gecikirsə, işəgötürən buna görə də əlavə 100 manat həcmində vəsait ödəməlidir. Bundan başqa işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində həmin əlavə ödənişin verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu kimi hallarda işəgötürən əlavə olaraq Əmək Müfəttişliyi Xidməti tərəfindən də cərimələnə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızılın son qiymətləri bəlli oldu
30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5
30 sentyabrAzərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrNaxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrTaxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb
Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili
28 sentyabrGürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
23 sentyabrMal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl
25 sentyabrBakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabrBu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin
29 sentyabr