"Ərdoğandan əvvəl Türkiyə indiki kimi möhtəşəm, güclü və müstəqil deyildi" -Fəzail Ağamalı-VİDEOMÜSAHİBƏ
"Ərdoğana qədər, daha doğrusu 21-ci əsrin 10-cu ilinə qədər Türkiyə indiki qədər möhtəşəm, güclü və müstəqil deyildi. Atatürkdən sonra Türkiyə müstəqilliyini zaman-zaman Qərbin ayrı-ayrı dövlətlərinə, sonra Amerikaya təslim etmək yolunda qalmışdı".
Bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı Sonxeber.az-a müsahibəsində deyib.
Deputat Türkiyədəki prezident seçkisini təhlil edərkən qeyd edib ki, Qərb Türkiyəni öz təsiri altına almaq üçün Kılıçdaroğluna maddi və mənəvi dəstək verib:
"Ərdoğanın hakimiyyətə gəlməsi ona imkan verdi ki, müstəqil dövlətin prezidenti kimi hansısa dövlətin təsirini aradan qaldırsın. Türkiyəni də ərəb ölkələri kimi təsir altında saxlamaq istəyən Qərb, xüsusilə də ABŞ Ərdoğana qarşı vahid cəbhədə birləşdi. Kılıçdaroğlu, onun ətrafında olan partiyalar və Türkiyənin zəifliyinə maraqlı olan Fransa, ABŞ kimi ölkələr, erməni lobbisi, Ərdoğanın məğlubiyyətini hədəflədilər və Kılıçdaroğluna həm maddi, həm mənəvi cəhətdən yardım etdilər".
Fəzail Ağamalı həmçinin Azərbaycandakı təhsil sistemi, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı sualları cavablandırıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Bank kartları ilə bağlı - Daha bir qadağa