Azərbaycanda pensiyalar artacaq - YENİ AÇIQLAMA
Ümumiyyətlə dünya praktikasında qərb, hətta bəzi MDB ölkələrində özəl pensiya fondaları uzun müddətdir fəaliyyət göstərir.
Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib.
"Təcrübə göstərir ki, özəl pensiya fondlarının fəaliyyətinin bir neçə istiqamətdə müsbət təsirləri var. Belə ki, qanunvericiliyə əsasən bəzi beynəlxalq təcrübədə insanlar pensiyaları hansı fonda həvalə etməkdə sərbəstdir. Çox zaman onlar özəl fonda həvalə edirlər. Özəl fondlar həmin vəsaiti digər istiqamətlərdə investisiya edərək dividentlər əlavə edirlər. Həmin dividentlərdən də təqaüdçülərə pensiya yaşından sonra ödəniş edirlər. Bu da onların daha çox pensiya vəsaiti əldə etməsinə gətirib çıxarır.
Bizdə hazırda Dövlət Pensiya Fondu fəaliyyət göstərir. Hər hansı bir pensiyanın artırılması büdcə vəsaiti hesabına həyata keçirilir. Bu baxımdan bir neçə pensiya fondunun faəliyyəti bu sahədə rəqabətlilik yaradır. Həmçinin büdcənin yükünü azaldır. Gələcəkdə pensiyanın artırılması üçün büdcədən vəsait tələb olunmur. Pensiya fondları özləri müəyyən təkliflər edərək, əmanətçiləri maraqlandırırlar və onlara əsasən öz pensiyalarını həmin fonda yönəldirlər", - deyə E.Kərimli qeyd edib.
Espert həmçinin əlavə edib ki, bu fondların fəaliyyəti ölkədə təqaüdçülərin sosial vəziyyətini yaxşılaşmasına təsir göstərəcək.
"Həmçinin təqaüdçülərin hüquqlarını da qoruyacaq. Həmin fondlarda yığılan vəsait təqaüdçü vaxtından əvvəl rəhmətə getdikdə öz varisləri tərəfindən əldə edilir", - deyə o vurğulayıb.
Xatırladaq ki, bir müddət öncə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələrinin hazırlandığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8734 Tarix: 23 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrCəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c
9 oktyabrBir manata görə üç il həbs cəzası aldı
Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya hökm oxunub. -a istinadla xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib. Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına bir manat ödəniş edib. Bu zaman qadın onu
7 oktyabrSumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl
8 oktyabrPsixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y
7 oktyabrİlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?
Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
7 oktyabr