"Azərbaycandada tam azad sahibkarlıq mühitindən danışmaq erkəndir"- Rəşad Həsənov

"Azərbaycandada tam azad sahibkarlıq mühitindən danışmaq erkəndir"- Rəşad Həsənovİstiqamət: azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
"Əvvəlki illərlə müqayisədə, 2016-cı ilin əvvəllərinə qədəri bu günki dövrü müqayisə etsək, xeyli irəliləyiş görə bilərik.Amma Azərbaycandada tam azad sahibkarlıq mühitindən danışmaq erkəndir".

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Sonxeber.az-a bildirib.

O qeyd edib ki, Azərbaycanın xüsusi iqtisadi bloklarda təmsili, həmçinin Avropa birliyi ile razılaşmalar əldə edilməsi, gömrük bloklarında iştirak və s. azad sahibkarlıq mühitini dərinləşdirə bilər:

"Ümumiyyətlə azad sahibkarlıq konnektordan qaynaqlanan situasiyadır və kifayət qədər mürəkkəb şərtləri özündə birləşdirir. Burda eyni zamanda həm siyasi, həm iqtisadi, həm sosial mühit və hüquqi çərçivədə tənzimləmələr sahibkarlıq fəaliyyəti üçün ən əlverişli formada təmin edildiyi halda azad sahibkarlıqdan danışmaq olar. Əvvəlki illərlə müqayisədə, 2016-cı ilin əvvəllərinə qədəri bu günki dövrü müqayisə etsək, xeyli irəliləyiş görə bilərik. Həm lisenziyanın azaldılması, həm müəyyən qədər inhisarçılıqla mübarizə və ya bu istiqamətdə ortaya qoyulan təşəbbüslər, idxal prosesinin müəyyən mənada şəffaflaşdırılması kimi təşəbbüslər, dövlət vergi xidmətinin fəaliyyətində müşahidə olunan yeniliklər, prosesin şəffalaşdırıması cəhdləri azad sahibkarliq üçün imkanları qismən də olsa genişləndirib. Amma Azərbaycandada tam azad sahibkarlıq mühitindən danışmaq erkəndir. Bunun üçün bütün institutlar formalaşmalıdır, seçki institunundan tutmuş idarəetmə institutunun gücləndirilməsinə qədər, eyni zamanda inhisarla mübarizə və rəqabətli mühitin yaradılması istiqamətində hüquqi bazanın yaradılması, bu istiqamətdə qanunvericiliyə uyğun tənzimlənməli himayədarlıq institutunun tamamilə sarsılması öz həllini tapmalıdır. Bununla yanaşı maliyyə əlçatanlığı təşviq mexanizminin hər kəs üçün əlçatanlığının təmin edilməsi və məhdudiyyətlərin, diskriminativ halların aradan qaldırılması, kreditlərə dövlət zəmanətinin verilməsi olmalıdır. Dövlət zəmanəti verilən kreditlərə minimum hədd müəyyənləşdirilir ki, bu mikrosahibkarlıq xüsusiyyyətlərini çətinləşdirir. Rəqabət məcəlləsinin olmaması da müəyyən mənada problemlər yaradır. Bunun nəticəsidir ki, bazar iqtisadiyyatının olduğu ölkədə tez-tez "süni qiymət artımı" ifadəsini rəsmilər tərəfindən eşitmiş oluruq. Bunlar nöqsanların nəticəsidir. Əlbəttə ki, bu istiqamətdə sahibkarlıq institutunun özünün də inkişaf etməsi vacib məsələdir. Korperativ idarəetmə institutunun inkişaf etməsi və müasir təcrübə əsasında formalarının yaradılması vacibdir. Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyat ilə inteqrasiyasının nəticəsində surətləndirlə bilər. Azərbaycanın xüsusi iqtisadi bloklarda təmsili, həmçinin Avropa birliyi ile razılaşmalar əldə edilməsi, gömrük bloklarında iştirak və s. azad sahibkarlıq mühitini dərinləşdirə bilər. Dövlət satınalmalarında rezidentler üçün məhdudlaşdırıcı məqamlar var. Bunların aradan qalxması reqabət mühitini artırmaqla yerli biznes modellərinin ortaya çıxmasını dəstəkləyə bilər".
Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Azərbaycandada tam azad sahibkarlıq mühitindən danışmaq erkəndir"- Rəşad HəsənovŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2056   Tarix: 26 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-dən çox artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb

2 oktyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Taxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb

Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili

28 sentyabr
.

Gürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

23 sentyabr
.

Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA

Son məlumatlara görə, Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 2 milyard 982,6 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artıb. Eyni zamanda, sentyabrın 1-nə bankların kredit portfeli 32,8 milyard manatı ötüb. Maraqlıdı

30 sentyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Bu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin

29 sentyabr