Subay insanlar, boşanan xanımlar, tələbə oğlanların kirayə ev tapması müşkülə çevrilir: SƏBƏBLƏR

Subay insanlar, boşanan xanımlar, tələbə oğlanların kirayə ev tapması müşkülə çevrilir: SƏBƏBLƏRBakıda son illərdə kirayə mənzil bazarında tək qalan insanların normal qiymətə ev tapması çətinləşib. Ev sahiblərinin yalnız ailə və ya tələbə qızlar tələbi bu kateqoriya insanları daha bahalı evlərə üz tutmağa məcbur edir. Ekspertlər mövcud vəziyyəti bir sıra səbəblərlə əlaqələndirirlər.

Kirayə mənzil elanlarına baxdıqda görürük ki, ev sahiblərinin tələblərindən birincisi ailədir. Subay insanlar, boşanan xanımlar, tələbə oğlanların kirayə ev tapması müşkülə çevrilir. Əgər mənzillər yalnız ailəli insanlara verilirsə, subay şəxslər harada qalmalıdır? Problemin həlli yolu varmı?

"Kaspi" qəzeti bugünkü məqaləsində bu və digər suallara cavab axtarmağa çalışıb.

Subaylıq məsuliyyətdən kənar həyat tərzi hesab olunur

Sosioloq Sahib Altay dedi ki, əksər hallarda ev sahibləri subay adamlara ev vermək istəmir, daha çox ailəvi qalacaq kirayəçi axtarışında olurlar. Bu məsələdə əsas 3 səbəbi diqqət mərkəzində saxlamalıyıq: "Birinci səbəb evin səliqəsidir. Ev sahibləri subay adamların evi səliqəsiz saxlayacağı düşüncəsindədir. Bu, daha çox kişilərə aiddir. Bizim toplumsal düşüncəmizdə subaylıq evliliklə müqayisədə məsuliyyətdən kənar həyat tərzi hesab olunur. Amma unutmaq olmaz ki, insandan-insana xarakter fərqi var".

Polis ev sahibini məsul şəxs hesab edir

S.Altay bildirdi ki, ikinci səbəb ictimai asayişdir: "Subay insanın evi kirayə götürməsi, şəhərdə yaşayan dost-tanışını evə yığıb, səs-küy salacağı düşüncəsini formalaşdırır. Bir çox hallarda bu, baş verir. İctimai sakitliyin pozulmasından narahat olan qonşular ya birbaşa ev sahibinə, ya da polisə şikayətlənir. Polis də ev sahibini bu məsələdə məsul şəxs hesab edir".

Ailənin cəmiyyətdə mənəvi, rəsmi statusu var

Sosioloqun sözlərinə görə, əsas səbəblərdən biri də cəmiyyətin fikirləridir: "Ev sahibləri qarşı tərəfdən ona görə evlilik tələb edir ki, ailənin yaşadığı evə ailə fərdlərindən kənar adam gəlmir. Gəlsə də, ailənin qonağı qismində olur. Bir evdən hər gün eyni ailənin üzvlərinin çıxması ətrafda narahatlıq yaratmır. Çünki ailənin cəmiyyətdə həm mənəvi, həm də hüquqi-rəsmi statusu var. Ancaq bir evdə subay adamın yaşaması, o evə yad adamların gələcəyi düşüncəsini doğurur. İnsanların kütləvi, kompakt yaşadığı ərazilərdə kütlə düşüncəsi təzyiq yaradır. Ev sahibi də kütlənin bir üzvü olduğu üçün həm özünün, həm də ətrafın mental təfəkküründən dolayı buna razı olmur. Bu məsələdə əsas rol oynayan təsir gücü mentalitetdir. Bizim kimi ölkələrdə mentalitet hüququ üstələyir. Mövcud hala qarşı hüquqi öhdəlik formalaşdırmaq çətindir".

Toplumun təfəkkürünü dəyişmək lazımdır

S.Altay qeyd etdi ki, problemin həlli üçün insanların düşüncələri dəyişdirilməlidir: "Ev kirayə götürülürsə, ictimai asayişi pozmamaq və evin təhvil verildiyi kimi qorunmaq öhdəliyindən başqa, kirayəçi o evdə tək də yaşaya bilər, rəsmi nikahda olduğu və ya olmadığı şəxslə birlikdə də. Hər bir halda ev, sahibinin şəxsi mülküdür. O, evini istədiyi şəxsə kirayə verməkdə sərbəstdir".

"Xanımlarla bağlı çox az hallarda problem olur"

Əmlakçı Mülkədar Rüstəmovun fikrincə, ev sahibləri fikirlərində haqlıdırlar: "Şərt qoyur ki, ancaq ailəyə və tələbə xanımlara üstünlük verilir. Tələbə oğlanlar və tək insanlara ev vermirik. Xüsusən də kişilərə ev vermirlər. Müşahidə edirik ki, xanımlar evi təmiz saxlayır, problemlər az olur, necə təhvil alırlarsa, elə də geri verirlər. Məsələnin 70 faizində ev sahiblərinin iradları həqiqətən haqlıdır. Tək insanlara, yaxud tələbə oğlanlara ev verirlər və problemlər yaranır. Tez-tez yerlərini dəyişən insanlar var ki, 3 ay bir yerdə, 5 ay başqa yerdə qalır". M.Rüstəmov bildirdi ki, bu məsələdə ən çox əziyyət çəkən tələbələrdir: "Tələbələr müraciət edəndə onlara fərdi evlər yox, bir həyətdə 5-6 ədəd olan evləri məsləhət görürük".

Əmlakçının sözlərinə görə, xanımlarla bağlı çox az hallarda problem olur: "Ayrılmış insanlar var ki, övladı ilə qalır və yaxud işgüzar xanımdır. Belə məsələlər olur. Amma o qədər də qabarıq deyil. O insanlara da mənzil tapıb yerləşdiririk. Bakının hansısa ərazisində belə problemlər olsa da, kütləvi deyil".

Qanun kirayə verənlərin yanındadır

Hüquqşünas Turan Abdullazadə dedi ki, mülkiyyət hüququna görə şəxs ona mənsub əmlaka (əşyaya) istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqa sahibdir: "Yəni, kirayə müqaviləsi digər mülki müqavilələr kimi tərəflərin iradə sərbəstliyinə əsaslandığından kirayə verənin qarşısına hər hansı şərt qoyula bilməz ki, mənzilini evli və ya subay şəxslərə versin. Kirayəyə verən əmlak üzərində mülkiyyət hüququna sahibdirsə, həmin əmlak üzərində sərbəst sərəncam vermək hüququna da malikdir. Bu baxımdan, qanunvericiliyin müddəaları mənzilini, evini kirayəyə verənlərin yanındadır".

Boşanmış qadınlar və ya subay kişilər...

T.Abdullazadə qeyd etdi ki, bu məsələnin həlli üçün maarifləndirmə işləri aparılmalıdır: "Təəssüf ki, bu qəbildən olan vətəndaşlarımızın kirayə mənzil tapmaqda çətinlik çəkməsi günümüzün reallığıdır. Məsələnin həlli üçün insanların baxış bucağı dəyişilməli, boşanmış qadınlar və ya subay kişilər barəsində ictimai qınaq olmamalıdır. Bunun üçün isə daimi maarifləndirmə işləri aparılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2910   Tarix: 27 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlərdə münasibətlərdə yaş fərqi və evli şəxslərlə münasibət qurmaq kimi mövzular daha çox diqqət çəkir. Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin özündən iki dəfə böyük münasibətdə olduğu kişi tərəfindən öldürülməsi bu mövzunu yenidən gündəmə gətirdi. Bəzən gənc qadınların özlərində

8 oktyabr
.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

7 oktyabr
.

Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y

7 oktyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

7 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Bu marşrutların hərəkət sxemləri dəyişdirildi

Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) -a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkə

8 oktyabr
.

Bir manata görə üç il həbs cəzası aldı

Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya hökm oxunub. -a istinadla xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib. Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına bir manat ödəniş edib. Bu zaman qadın onu

7 oktyabr