İlham Əliyev: "Azərbaycanın Aİİ sammitində iştirakı bu struktura marağımızdan xəbər verir" – VİDEO
Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə yaxınlaşma çərçivəsində Azərbaycan üçün heç bir tabu yoxdur. Ölkəmiz təşkilatlanmada və daha da yaxınlaşmada maraqlıdır.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Moskva. Kreml. Putin" verilişində səsləndirib.
Verilişdən bir fraqmenti bazar günü rusiyalı jurnalist Pavel Zarubin özünün "Telegram" kanalında yayımlayıb.
"Yaxınlaşma çərçivəsində bizim heç bir tabumuz yoxdur. Yenə də hər şey dünya iqtisadiyyatı və Azərbaycanın iqtisadi durumu ilə bağlı konkret vəziyyətdən asılıdır. Ona görə də hər şeyi gələcək göstərəcək", - deyə dövlət başçısı bildirib.
"Hesab edirəm ki, Azərbaycanın Aİİ sammitində ilk dəfə iştirak etməsi faktı bizim bu struktura göstərdiyimiz maraqdan və üzv ölkələrlə daha da yaxınlaşmaq istəyindən xəbər verir", - o əlavə edib.
İlham Əliyev vurğulayıb ki, respublika iqtisadiyyatı açıq və kifayət qədər balanslaşdırılmışdır, ona görə də gələcək inteqrasiya istisna edilmir. O, Aİİ üzvü olan ölkələrin üstünlüklərinin cəlbediciliyini də qeyd edib.
Xatırladaq ki, mayın 24-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclası keçirilib. Azərbaycan ilk dəfə belə bir tədbirdə qonaq qismində iştirak edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1007 Tarix: 28 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr