Laçında Təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb - FOTO
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərinin açarlarını onlara təqdim edib.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, ölkə başçısı çıxışında bildirib ki, ilk 20 ailə artıq dünəndən Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək.
Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620 fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.
Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Köç karvanını TƏBİB-in tabeliyindəki "113" xidmətinin Bakı şəhərindən ezam olunan tibbi yardım briqadası da müşayiət edib.
Qeyd edək ki, Laçında tibb məntəqəsi hazırlanır.
Dünəndən etibarən isə rayonda təcili tibbi yardım briqadası fəaliyyətə başlayıb. Tibb personalı növbəlilik prinsipi ilə 7/24 fəaliyyət göstərəcək. Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları Bakı şəhəri "113" xidmətindən, Xocavənd Rayon Mərkəzi Xəstəxanasından və Laçın Rayon Mərkəzi Xəstəxanasından növbəlilik əsasında ezam olunub.
Bundan əlavə, Laçına ötən gün köçən 17 pasiyentə tibb personalı tərəfindən arterial hipertenziya, şəkərli diabet, günvurma səbəbilə yerində yardım olunub.
Xatırladaq ki, TƏBİB tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələri də təşkil edilib.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb