"Regionda ən yüksək orta gömrük tarifi Azərbaycandadır" - Fərid Mehralızadə
İstiqamət: azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
"Azərbaycan vergi və gömrük siyasətini gözdən keçirməlidir. Çünki regionda ən yüksək orta gömrük tarifi Azərbaycandadır".
Bu sözləri iqtisadçı-ekspert Fərid Mehralızadə Sonxeber.az-a bildirib.
O qeyd edib ki, Azərbaycanda mülkiyyət haqlarının qorunması ilə bağlı ciddi problemlər var. Sahibkarlığın inkişafı üçün iki şərt var: rəqabət və mülkiyyət haqları qanunu. Hər ikisi ilə bağlı bizdə ciddi problem olduğu üçün vəziyyəti müsbət qiymətləndirmək olmaz:
"Sahibkarlıq hər bir ölkənin iqtisadiyyatının dayanıqlı inkişafı üçün çox vacibdir. Azərbaycanda bu məsələ ilə bağlı ciddi çağırışlar var. Uğurlu sahibkarlıq fəaliyyəti üçün sahibkarlıq ekosistemi olmalıdır.Bunun da ən vacib şərti rəqabət və qanunun aliliyidir. Çünki ilk öncə mülkiyyət haqlarının qorunması ilə bağlı məhkəmə sistemi olmalıdır ki, hər kəs sahibkarlıqla rahat məşğul ola bilsin. Biz beynəlxalq qurumların hesabatından bilirik ki, Azərbaycanda mülkiyyət haqlarının qorunması ilə bağlı ciddi problemlər olur. Digər bir ciddi problem də rəqabət məsələsidir, xüsusilə kiçik və orta sahibkarlar böyük şirkətlər, holdinqlərlə rəqabət apara bilmirlər. Çünki arada çox böyük resurs fərqi var və bəzi hallarda ölkədə məmur sahibkarlığı olduğu üçün iri şirkətlər inzibati güc hesabına böyük üstünlüklər əldə edirlər. Bu baxımdan sahibkarlığın inkişafı üçün iki şərt var: rəqabət və mülkiyyət haqları qanunu. Hər ikisi ilə bağlı bizdə ciddi problem olduğu üçün vəziyyəti müsbət qiymətləndirmək olmaz. Digər bir vacib məsələ budur ki, bizdə sahibkarların maliyyə resurslarına çıxış imkanları çətindir, xüsusilə kiçik və orta sahibkarların. Təbii ki, bu 3 əsas kompanentlə bağlı problem olduğu şəraitdə ideal sahibkarlıqdan danışa bilmərik".
Fərid Mehralızadə bildirib ki, rəqabət üçün ciddi qanunverici bazaya ehtiyacımız var. Azərbaycanda 15 ildən çoxdur ki, rəqabət məcəlləsi parlamentdə təqdim olunub, amma qəbul edilmir:
"Azad sahibkarlığın inkişafı üçün məsələni həm qanunvericilik, həm də icra baxımından inkişaf etdirməyə ehtiyac var. Məsələn, rəqabət üçün ciddi qanunverici bazaya ehtiyacımız var. Azərbaycanda 15 ildən çoxdur ki, rəqabət məcəlləsi parlamentdə təqdim olunub, amma qəbul edilmir. Yəni xarici investisiyaların qorunması haqqında qanunuvericilikdə boşluqlar var. Bütün bu qanunlar qəbul edilməli, daha sonra işləkliyi təmin edilməlidir ki, effektiv bir mühit olsun, xüsusilə də anti-inhisar siyasət, iqtisadiyyatın inkişafı baxımından. Azərbaycan vergi və gömrük siyasətini gözdən keçirməlidir. Çünki regionda ən yüksək orta gömrük tarifi Azərbaycandadır. Xarici ölkələrlə azad ticarət müqavilələrinin imzalanması, ölkəyə xarici bankların, investisiyaların daxil edilməsi, müəyyən stimullaşdırıcı addımların atılması baş versə, sahibkarlıq baxımından daha yaxşı mühitdən danışa bilərik".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı