"Dövlət başçımızın cənab Ərdoğanı ilk təbrik edən liderlərdən olması da münasibətlərimizin əbədiliyindən xəbər verir"- Müşfiq Cəfərov
"Dövlət başçımızın cənab Ərdoğanı ilk təbrik edən liderlərdən olması da münasibətlərimizin əzəliliyi və əbədilliyindən xəbər verir"
Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov Sonxeber.az-a deyib.
O bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri bu gün sarsılmaz dostluq və qardaşlıq qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır:
"Türkiyə-Azərbaycan münasibətləri qədimdən bu günə kimi qırılmaz tellərlə bağlıdır. Bunun əyani sübutu ən çətin günlərdə hər iki xalqın bir-birinə olan dəstəyidir. Azərbaycan-Türkiyə əlaqələri bu gün sarsılmaz dostluq və qardaşlıq qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Hər iki ölkənin birgə gerçəkləşdirdiyi irimiqyaslı layihələr regionda əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin qarantıdır".
Deputat əlavə edib ki, Rəcəb Tayyib Ərdoğanın münasibətlərin bu qədər inkişaf etməsində rolu danılmazdır:
"Bizim qardaşlığımız zamanın bütün sınaqlarından şərəflə çıxıb. Mən əminəm ki, bundan sonra da hər iki xalq daima bu münasibətləri qoruyub saxlayacaq, hətta daha da inkişaf etdirəcəkdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətlərin bu qədər inkişaf etməsində rolu danılmazdır. Məhz elə bu sevgidən irəli gəlirdi ki, Azərbaycan cəmiyyəti də Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsini böyük sevinc və coşqu ilə qarşıladı. Elə dövlət başçımızın cənab Ərdoğanı ilk təbrik edən liderlərdən olması da münasibətlərimizin əzəliliyi və əbədilliyindən xəbər verir. Azərbaycan prezidentinin Azərbaycan xalqının təbrikini ilk çatdırması elə xalqımızın arzusunun ifadəsi oldu".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb