Networking Azerbaijan klubu növbəti tədbirlərini keçirib
"Networking Azerbaijan" iş adamları klubu 24, 25 may tarixlərində növbəti tədbirlərini keçirib.Tədbir iki gün davam edib. Ənənələrinə sadiq qalaraq, "Networking Azerbaijan" hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail olub. Bu dəfəki tədbirlər "Shah Palace Hotel"də baş tutub. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi qonaqlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar işgüzar mühitdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. 24 may tarixində baş tutan tədbiri açıq elan edən Orxan Hacıyev gecənin qonaqlarını salamlayıb, netvörkinqin faydalarından bəhs edib və çıxış üçün qonaqlar qarşısına "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədovu dəvət edib. "CEO" şirkətinin fəaliyyətidən danışan Fərid Məmmədov qonaqlara sərgilərin təşkili və sahibkarlara faydası haqqında bəhs edib. Görüşdə Fərid Məmmədov sərgi biznesinin xüsusiyyətlərini və bu fəaliyyət sahəsində əldə etdiyi nailiyyətləri bölüşüb.
~
İkinci gün 25 may tarixində keçirilən tədbirdə isə spiker olaraq səhnəyə "Odero" şirkətinin rəhbəri Raşit Kartal bəy dəvət olunub. "Odero" şirkətinin fəaliyyəti haqqında məlumat verən Raşit Kartal sahibkarlar üçün elektron ticarət haqqında məlumatlar verib və şirkətin əsasən elektron ticarət üçün məhsul və xidmətlərindən danışıb.
Tədbirdə qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər. "Networking Azerbaijan" biznes klubunun bütün tədbirlərində olduğu kimi, budəfəki tədbirlər də rahat ab-havada keçərək, iştirakçıların yüksək əhvali-ruhiyyədə olmağını təmin edib.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15 noyabrQızılın qiyməti son bir ilin minimumuna düşdü
Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai
16 noyabrTürk lirəsi tarixi minimuma düşdü
Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib
2 noyabrAzərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra
9 noyabr"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib
Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu
2 noyabrAzərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15 noyabrQızıl bazarında son vəziyyət
2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0
4 noyabr