Hesablama Palatası: İnflyasiya ilə mübarizədə əməkhaqqı artımları risk yaradır
İnflyasiya ilə mübarizə fonunda monetar siyasətin sərtləşdirilməsi bəzi təşkilatların iqtisadi artım proqnozlarında azalma ilə nəticələnmiş, inflyasiya proqnozları nisbətən azaldılsa da, yüksək olaraq qalmaqda davam edib.
Sonxeber.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə Hesablama Palatasının Rəyi"ndə əksini tapıb.
Qeyd edilib ki, 2023-cü ildə beynəlxalq təşkilatlar tərəfindən yenilənmiş proqnozlara əsasən, əvvəlki ilə nisbətən iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Belə ki, ilkin proqnozlarda qlobal iqtisadi artımın təxminən 2,5%-3,0% ətrafında olacağı gözlənilsə də, 2023-cü ildə dərc edilmiş hesabatlara əsasən, bu göstəricinin təxminən 2,0-2,5% ətrafında olacağı nəzərdə tutulur. İqtisadi artım tempində azalma əsasən antiinfyasiya tədbirləri fonunda siyasətin sərtləşdirilməsi, maliyyə şərtlərinin pisləşməsi və mövcud müharibənin təsirlərinin davam etməsi ilə izah olunur. Dünya Bankının təhlillərinə əsasən, bu tendensiyanın davam etməsi növbəti qlobal böhran ilə nəticələnə bilər ki, bu da kiçik ölkələr, xüsusilə də iqtisadiyyatı xarici borcdan, kənar maliyyələşmədən asılı olan və məhdud diversifikasiyalı ölkələr üçün daha təhlükəli hesab edilir. 2022-ci ildə ikirəqəmli templə artan ərzaq qiymətləri 2023-cü ilin fevral ayından etibarən ucuzlaşmağa başlayıb. 2023-cü ildə sərt monetar siyasət və zəifləyən məcmu tələb şəraitində qiymət artımının nisbətən zəif olacağının proqnozlaşdırılmasına baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən bu göstəricinin hələ də yüksək olduğu vurğulanır. Belə ki, 2022-ci ildə 8,7% qeydə alınmış inflyasiyanın BVF-in proqnozlarına əsasən, cari ilin sonunda 7,0%-ə enəcəyi gözlənilir. Cari ilin baxılan dövründə qlobal inflyasiya bir qədər zəifləsə də, enerji və ərzaq qiymətləri hələ də yüksək olaraq qalmaqda davam edir. Yüksək inflyasiya ilə mübarizə şəraitində isə əməkhaqqı artımlarının əməkhaqqı-inflyasiya spiralına çevrilə biləcəyi sual altında olmaqla, risk yaradan məqamlardan hesab edilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq