Prezident: "Biz İtaliya ilə əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət veririk"
"İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində fəal iştirakını təqdir edirik. Ölkənizi təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəngəzurda ən çox iş görən şirkətlər sırasındadırlar ki, bu da dövlətlərarası əlaqələrimizin səviyyəsindən xəbər verir".
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 2 İyun – Respublika Günü münasibətilə İtaliya Prezidenti Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda deyilir.
"Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan İtaliya ilə əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət verir, qeyri-neft sektorunda birgə fəaliyyətimizi şaxələndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Apardığımız ali səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına İtaliyanın daim verdiyi dəstəyi yüksək qiymətləndiririk", - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Minimum əmək haqqı nə zaman artırılacaq?
Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı
Bu ərazidəki 22 ev söküləcək: Sakinlərə kompensasiya veriləcək
Rayonlarda intensiv yağış, qar yağacaq, dolu düşəcək
Bu şəxslərə hər ay 1000 manat mükafat veriləcək
Qəzada həlak olan 6 azərbaycanlının kimliyi bilindi - Foto
Boşanmalar niyə artır? - SOSİOLOQLAR AÇIQLADI
May pensiyaları ödənildi
Müəllimin dərs zamanı geyimini görənlər şok olur - VİDEO
Bibərin yanında qətiyyən əkilməyəcək bitkilər: ən pis "qonşular"
Çində uşaq qaçırılması və orqan iddiaları: sosial şəbəkələrdə yayılan görüntülər müzakirə yaratdı - VİDEO
"Gənclik"dəki tuneldə ağır qəza - Yaralılar var - Video
Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
Gənc qız müəlliminin əlindən qurtulmaq üçün çılpaq halda özünü binadan atıb
3 cəzanı eyni anda aldı - Məbləğ dodaq uçuqlatdı