"İsrailin neftə olan tələbatının 30-40 faizini Azərbaycan ödəyir" - Kamilə Əliyeva

"İsrailin neftə olan tələbatının 30-40 faizini Azərbaycan ödəyir" - Kamilə Əliyeva"Azərbaycan və İsrail arasında dostluq əlaqələri tarixi köklərə söykənib. Bu əlaqələr inkişaf etdirilərək strateji tərəfdaş dövlətlər səviyyəsinə qaldırılmışdır. İki ölkə arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman, eləcə də müharibə və müharibədən sonrakı dövrlərdə İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmiş və bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etmişdir. Azərbaycanın İsraildən aldığı ən müasir silahlar qələbə qazanmağımızda böyük rol oynamışdır. Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. İsrailin neftə olan tələbatının 30-40 faizini Azərbaycan ödəyir. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələrimizi daha yüksək səviyyəyə çatdıracaq".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.

O qeyd edib ki, İsrail dünyada ən müasir silahlara malik ölkələrdən biridir. Bu sahədə əməkdaşlıq Azərbaycanın öz müdafiə və təhlükəsizlik qabiliyyətini müasirləşdirməyə kömək edəcək:

"30 may tarixində İsrail Prezidenti İsxak Hersaqın Azərbaycana səfər etməsi ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük təkan verəcək. İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaq. Bu sahələrdə Azərbaycan İsrailin qazandığı müsbət nəticələrdən istifadə edəcək.
Müasir dünyada kibertəhlükəsizlik bütün dövlətlər üçün ən əsas məsələ kimi gündəmdədir. Kibertəhlükəsizlik dövlətlərin milli təhlükəsizlik konsepsiyasına çevrilmişdir. Azərbaycan İsrail dövləti ilə bu sahədə də əməkdaşlığa böyük önəm verir.
Müdafiə sənayesi sahəsində də ölkələrimiz arasında əməkdaşlıq inkişaf etdirilir. İsrail dünyada ən müasir silahlara malik ölkələrdən biridir. Bu sahədə əməkdaşlıq Azərbaycanın öz müdafiə və təhlükəsizlik qabiliyyətini müasirləşdirməyə kömək edəcək. İsrail Prezidentinin Azərbaycana səfəri çərçivəsində digər sahələrdə də əməkdaşlıq haqqında sənədlər imzalandı. Prezident cənab İlham Əliyev Azərbaycanla İsrail arasında mövcud əlaqələr və gələcəkdə reallaşdırılacaq birgə layihələr barədə mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız Azərbaycan və İsrail dövlətləri arasında mövcud dostluq əlaqələri ilə yanaşı, xalqlarımız arasında da tarixi dostluq əlaqələrinin mövcud olduğunu vurğuladı. Yəhudi icması əsrlərdir Azərbaycanda yaşayır, ölkəmizin inkişafı və tərəqqisi üçün bütün sahələrdə uğurla fəaliyyət göstərir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda yəhudi millətinin nümayəndələri də vuruşub və qəhrəmanlıqlar göstəriblər. İsraildə yaşayan azərbaycanlılar da iki ölkə arasında dostluq əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, İsrail dövlətindəki Azərbaycan diasporunun nümayəndələri yəhudi mənşəli insanlardır.
Müasir dünyada İsrail səhiyyəsi dünyada ən inkişaf etmiş sahələrdən biridir. Azərbaycanın Səhiyyə Nazirliyi ilə İsrail dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri arasında əməkdaşlıq haqqında imzalanmış sənəd Azərbaycanın səhiyyə və tibb elminin inkişafına böyük töhfə verəcək".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1039   Tarix: 02 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

Meksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb

Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında

6 oktyabr
.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə

7 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

Tramp: Dövlət hesabına yayımlanan reklamları siyasi fond ödəyəcək

ABŞ Prezidenti Donald Tramp vergi ödəyicilərinin vəsaiti hesabına yayımlanan və onun siyasətini təbliğ edən televiziya reklamları ilə bağlı qərarını dəyişib. xəbər verir ki, Trampın sosial media hesabında yazdığına görə, bundan sonra bu cür reklamların xərclərini onun siyasi Siyasi Fəaliyyət Komitəs

6 oktyabr
.

BBC: "Süni intellektin nəzarətdən çıxması ilə bağlı yeni ssenarilər araşdırılır"

BBC-nin son materiallarında süni intellekt sistemlərinin gözlənilməz davranışları və AI agentlərinin insan nəzarətindən kənara çıxması ilə bağlı risklər araşdırılır. BBC-nin "Unexpected Elements" proqramında da AI agentinin nəzarətdən çıxması ssenarisi ayrıca müzakirə olunub. BBC-yə istinadə

7 oktyabr
.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so

8 oktyabr