Paytaxtda nömrəsiz gəzən sürücülərlə bağlı DYP hərəkətə keçdi - FOTO
"Sürücülər fikirləşirlər ki, avtomobilləri dövlət nömrə nişanı olmadan idarə etdikləri zaman məsuliyyətdən boyun qaçıra bilərlər. Lakin bu, belə deyil. Təəssüf ki, bunu bilə-bilə bəzi sürücülər qanunvericiliyin normalarına riayət etmirlər".
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
Paytaxt yollarında bu cür qayda pozuntusu ilə bağlı məsələyə münasibət bildirən DYP rəsmisi deyir ki, hər bir avtomobilə dövlət nömrə nişanı verilir:
"Lakin bəzi sürücülər qanunun tələblərini kobud şəkildə pozurlar. İnzibati məsuliyyətdən yayınmaq məqsədilə avtomobilin dövlət nömrə nişanlarını çıxarırlar. Bu hərəkətə yol verən sürücülər birmənalı olaraq İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrini pozmuş olurlar. Daha dəqiq desək, İXM-in 342.7-ci maddəsinə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsinə görə cərimə məbləği 60 manat, cərimə balı isə 4 bal olaraq təyin olunub. Belə vəziyyətdə avtomobil İXM-in 96-cı maddəsinə əsasən, duracağa göndərilir".
Polis mayoru sosial şəbəkələrdə fotosu yayılan, nişanında nömrə əvəzinə "Qarabağ" yazılmış avtomobil barəsində araşdırma aparılacağını, sürücünün müəyyən edilərək yol verdiyi qayda pozuntusuna görə qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəyini də qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1069 Tarix: 02 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. 200-ci il təvəllüdlü Cəbrayı
8 oktyabrSəbuhi Əliyevə vəzifə verildi
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrSabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind
8 oktyabrAzər Aydəmirə yeni vəzifə verildi
Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi
7 oktyabrSəbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrMəleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
8 oktyabr