Əməliyyatdan sonra ölən 9 yaşlı uşağın anası - "Məni günahlandırırdılar"

Əməliyyatdan sonra ölən 9 yaşlı uşağın anası - "Məni günahlandırırdılar"Bu ilin yanvarında burun-boğaz əməliyyatından sonra ölən 9 yaşlı Ağasəlim Nadirlinin ailəsi təyin edilmiş ekspertizanın cavabından narazıdır.

"Qafqazinfo"ya müraciət edən A.Nadirlinin anası Günel Nadirli bildirib ki, "Xətai" Tibb Mərkəzində burun-boğaz əməliyyatı olan və fevralın 1-də vəfat edən 2014-cü il təvəllüdlü oğlunun ölümünə onun keçirdiyi cərrahi əməliyyatın səbəb olub.

O deyir ki, bu, ekspert rəyində qeyd edilməyib. Baş vermiş hadisə ilə bağlı cinayət işinin açılmasını tələb edən ailə təkrar ekspertizanın təyin edilməsini və məsələyə düzgün hüquqi qiymət verilməsini istəyir: "Oğlum Nadirli Ağasəlim Vüqar oğlu 25.01.2023 tarixində "Xətai" Tibb Mərkəzi adı verilmiş keçmiş Əfəndiyev adına xəstəxanada burun-boğaz ətindən əməliyyat keçirdi. Belə ki, oğlumun burun-boğaz əti çox böyük idi, qulağına karlıq verirdi. Ərazi üzrə qeydiyyatda olduğumuz poliklinikadan tibbi sığorta əsasında göstəriş verildi. Cərrah Səyyaf Təhməzov tərəfindən tibbi sığorta ilə əməliyyat edildi, uşaq səhəri gün evə buraxıldı, həkim yoxladı, üstdən baxdı və dedi ki, gedə bilərsiniz".

Günel Nadirli bildirib ki, əməliyyatın 7-ci günündə evdə olarkən oğlunun burnundan və ağzından qanaxma başlayıb: "Dəhşətli qanaxma başlamışdı. Biz Əhmədlidə oluruq, tez öz maşınımızla Həzi Aslanovdakı təcili tibbi yardım stansiyasına apardıq ki, qanı kəssinlər. Orada müdaxilə etdilər, amma dedilər gecdir. Xahiş etdim ki, bizi təcili tibbi yardım maşını ilə Əfəndiyev adına xəstəxanaya çatdırsınlar, çünki uşaq orada əməliyyat olunub. Lakin heç kim yaxın durmadı, məcbur öz maşınımızla apardıq.

Oraya çatan kimi otağa saldıq, müdaxilə edildi. Sonra çıxıb soruşdular ki, uşaq nə yeyib? Məni günahlandırmaq istəyirdilər. Mən də çox pis vəziyyətdə idim. Çünki həmin vaxt qızım da əməliyyat olunmuşdu, ona da nəsə olar deyə çox qorxurdum. Dedim heç nə yeyə bilmir uşaq, nə yeyəcək ki, elə evə gələn gündən qızdırmalı idi. Bu hadisədən sonra qızımı yenidən həmin xəstəxanaya yatızdırdıq, görsünlər ki, qızım da pis haldadır, 1 həftə ərzində qızım yenidən xəstəxanada yatdı".

Şikayətçi iddia edib ki, oğlu Ağasəlim Nadirli əməliyyat edilərkən həkimlər onun boğazından keçən şah damarı zədələyiblər: "Hadisə ilə bağlı 2 dəfə ekspertiza təyin olunub, Birincisi qanaxmadan boğulma, ikincisi isə əməliyyatın ekspertizası. Lakin cavabda bildirildi ki, guya əməliyyat normal keçib. Biz isə cavabdan narazıyıq. Əgər hər şey qaydasında olubsa, mənim uşağımın arterial damarı niyə partlamalı idi, niyə evdə ölməli idi? Uşağım nədən rəhmətə getdi, niyə qanaxma oldu? Əgər bu uşaq qida qəbul edə bilmirdisə, əgər həkim damarı zədələməyibsə və yaxud damarı yaxşi bağlamayıbsa, qanaxmanın səbəbi nədir? Bu suallara hələ də doğru-düzgün cavab ala bilmirik. Qanaxma əməliyyatın 7-ci günü evdə durduğu yerdə başladı, öskürdü və ağız-burnundan qan gəlməyə başladı, nə edəcəyimizi bilmirdik, həkimə zəng etdik, dedi gətirin yanıma. Lakin artıq uşaq dünyasını dəyişmişdi. Yenidən eyni suallarla ekspertizaya müraciət edəcəyik. Amma bilirəm ki, yenə narazı qalacağıq. O həkim də hazırda öz işində davam edir".

Şikayətçi hadisə ilə bağlı prokurorluq tərəfindən cinayət işinin açılmasnı və oğlunun ölümünə səbəb olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib.

Qeyd edək ki, Ağasəlim Nadirli 261 saylı məktəb-liseyin 3-cü sinif şagirdi idi.

Təyin edilmiş ekspertizanın nəticələri və araşdırmaların gedişatı ilə bağlı Baş Prokurorluğa da sorğu ünvanlamışıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2990   Tarix: 02 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu

İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə

8 oktyabr
.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş

8 oktyabr
.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

7 oktyabr
.

10 illik vergi güzəşti bitir - Un və çörəyin qiyməti bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Buğda, un və çörəklə bağlı 10 illik ƏDV güzəştinin müddəti başa çatmaq üzrədir. 2027-ci il yanvarın 1-dən etibarən güzəşt uzadılmasa, bu məhsullar üzrə vergi yükünün dəyişməsi gündəmə gələ bilər. Bu isə xüsusilə gündəlik tələbat məhsulu olan çörəyin və unun qiymətinə mümkün təsirlə bağlı suallar yaradır

8 oktyabr
.

Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov təqaüdə göndərilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Qeyd edək iki, V.Qurbanov 2009-cu ildən başlayaraq DGK-nı

8 oktyabr