Azərbaycanda boşanmalar yenidən artmağa başlayıb - SƏBƏB

Azərbaycanda boşanmalar yenidən artmağa başlayıb - SƏBƏBDövlət Statistika Komitəsinin məlumatına görə, bu il yanvar-fevral ayı üçün 7500 nikah və 5118 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə düşən nikahların sayı azalaraq 5.9-dan 4.6-ya düşüb. Göründüyü kimi, nikahların sayının azaldığı vaxtda, boşanmaların sayı artıb. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər min nəfərinə düşən boşanmaların sayı 1.5 dən 1.8-ə yüksəlib.

Ötən il Ədliyyə Nazirliyinin müvafiq qurumları 61939 nikah və 15938 boşanma qeydə almışdı. Bu da qurulan hər dörd ailədən birinin dağılması anlamına gəlir. Keçən ilin statistikasına əsasən əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşmüşdü. Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olmuşdu.

Mütəxəssislər ötən il nikahların sayının artması, boşanmaların sayının azalmasını ölkədə mediasiya mərkəzlərinin yaranması ilə əlaqələndirirdi. Məlum olduğu kimi, Azərbaycanda 2019-cu il martın 29-da "Mediasiya haqqında" Qanun qəbul edilib, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci il iyulun 1-dən qüvvəyə minib. Beləliklə də artıq iki ildir ki, ölkədə iqtisadi və ailədaxili mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edir.

Mediasiya tətbiqinə əsasən şəxslər ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulur. Cavab "xeyr" olduqda məhkəmə o işə baxmır və tərəflərə mediasiya institutuna müraciət etmək təklif olunur. Məhkəmə yalnız mediasiya prosesini keçmiş konfliktlər və ya mediasiya prosesində həllinə nail olunmamış problemlərə baxır. İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzaladıqda, bu, hüquq sənəd sayılır və məhkəməyə ehtiyac qalmır. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər.

Qeyd edək ki, nikahın pozulması üçün qeydiyyat orqanlarına müraciət edən şəxslərə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ailə münasibətlərinin qorunması məqsədilə ilk olaraq psixoloq xidmətləri təklif olunması da boşanmaların azalmasına təsir etmişdi.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimovanın sözlərinə görə, məhz bu xidmət sayəsində 2018-ci ildən bu yana ümumilikdə 7619 nikahın pozulması üçün müraciət edən şəxslərdən 1384 cütlük, yəni 2768 nəfər bu fikirdən daşınıb. Reyhanə Kərimova bu prosesin Bakıdan əlavə, bölgələrdə də həyata keçirməyi planlaşdırıldığını deyib.

Bəs boşanmalar niyə yenidən artmağa başlayıb? Bunun qarşısını almaq üçün daha hansı tədbirlər həyata keçirilməlidir?

Ədliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin göstəricilərinə əsasən, nikahın pozulma səbəbləri müxtəlif olub. Bu səbəblər arasında 12 min 74 sayla ən yüksək göstərici xasiyyətin tutmaması halı olub. Digər yüksək səbəblər üzrə isə uşağın olmaması, ailədaxili zorakılıq halları, xüsusən məişət zorakılığı, qısqanclıq, xəyanət və digərləridir. Nisbətən az səbəblərdən isə misal göstərə bilərik ki, sərxoşluq, narkomaniya, kənar müdaxilələr, maddi durumun aşağı olması, mənzil problemi və sairdir".

"Boşanmaların sayının artmasına sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi səbəb olur".

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda bu günlərdə keçirilən konfransda deyib.

O bildirib ki, bəzən bir tərəf razılıq vermir və məhkəmə barışıq üçün tərəflərə müəyyən müddət verir, lakin bu zaman bir tərəfin müraciəti əsasında da məhkəmə nikaha xitam verir: "Bu zaman nə uşağın, nə qadının, nə də kişinin mənafeyi nəzərə alına bilir. Barışıq üçün vaxt verilməsi müddətində məhkəmələr müəyyən tədbirlər görməlidir. Ailələrlə iş aparılmalıdır ki, imkan varsa, boşanmanın qarşısını almaq mümkün olsun".

Bahar Muradova qeyd edib ki, 2021-ci ildə 56 314 nikah, 17 191 boşanma olmuşdusa, 2022-ci ildə 61 939 nikahdan 15 983-ü pozulub: "Orada cüzi olaraq müsbətə doğru dəyişiklik olsa da, boşanmaların cəmiyyətdə nə dərəcədə narahatlığa səbəb olduğu görünür. Bəzi hallarda boşanma prosesləri daha çox mülki məsələlər üzərində gedir və burada uşağın vəziyyəti nəzərə alınmır. Bu da uşağın gələcəyi ilə bağlı bir sıra problemlərə yol açır".

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1163   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Cəbrayılda mina partlayışı: Xəsarət alan var

İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. 200-ci il təvəllüdlü Cəbrayı

8 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

8 oktyabr
.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

7 oktyabr
.

98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda 98 saylı uşaq bağçasında baş verdiyi bildirilən hadisə ciddi suallar yaradıb. Bağçaya gedən azyaşlının qanında psixotrop maddənin aşkarlanması ilə bağlı iddia araşdırmaya səbəb olub. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb və bağçanın fəaliyyətində bir sıra nöqsanla

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş

8 oktyabr