Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
"Əgər qarşıya qoyulan hədəflərə nail ola biləriksə, idxal olunan məhsullarla yanaşı, yerli məhsulların da qiymətinin optimallaşdırılmasının şahidi ola bilərik".
Sonxeber.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, hökumətin proqnozu ondan ibarətdir ki, 2023-cü ildə 2022-ci illə müqayisədə inflyasiyanın səviyyəsi nisbətən az olacaq.
"Belə ki, 2022-ci ildə inflyasiya 13,9 faiz olmuşdu. Ancaq ərzaq məhsullarında 20 faizə yaxın qiymət artımı qeydə alınmışdı. Bu il üçün rəsmi inflyasiya proqnozu 10,9 faizdir. İnflyasiyanın azaldılması istiqamətində hökumətin işləri daha intensiv şəkildə davam etdirməsi olduqca əhəmiyyətlidir. Həm qiymətlərin optimallaşdırılması, vətəndaşlarımızın xərclərinin azaldılması baxımından da vacibdir.
Çünki inflyasiyanın azalması həm idxal olunan, həm yerli məhsulların qiymətlərinin artımının qarşısını almaq baxımından olduqca əhəmiyyətlidir", - deyə o, əlavə edib.
Qeyd edək ki, iyunun 2-də maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib ki, Proqnozlarda orta illik inflyasiya artımının səviyyəsinin enməsi nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1360 Tarix: 03 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrMəleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
8 oktyabrŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə
8 oktyabrSəbuhi Əliyevə vəzifə verildi
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrQarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı
Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld
8 oktyabrŞahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov təqaüdə göndərilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Qeyd edək iki, V.Qurbanov 2009-cu ildən başlayaraq DGK-nı
8 oktyabr