İllər sonra "Məhəllə 2 Moskvada" filmindəki "Lenin"in kimliyini açıqladı
İnstaqramdan aktiv istifadə edən Əməkdar artist Rafael İsgəndərov bu dəfə də maraqlı paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, aktyor illər əvvəl Rusiyanın paytaxtında lentə alınan "Məhəllə 2 Moskvada" filminin çəkildiyi meydanda olub.
İsgəndərov komediya janrlı filmlə bağlı bəzi maraqlı məqamları açıqlayıb:
"2005-ci ildə "Məhəllə 2 Moskvada" filminin bir epizodu da bax bu görüdüyünüz meydanda çəkilib. Buradan adama o qədər xoş xatirələr qalıb ki...
"Bəs mənə niyə demirsiniz ki, Lenin ölüb" məşhur ifadəsinin çəkildiyi mavzoley... Bir çox tamaşaçılar elə bilir ki, biz o səhnəni içəridə çəkmişik. Amma elə deyil. O səhnə çöldə çəkilib".
Əməkdar artist ekran işində "Lenin" obrazını canlandıran şəxsin aktyor olmadığını, onun M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında liftdə çalışan şəxs olduğunu açıqlayıb.
Xatırladaq ki, "Məhəllə 2 Moskvada" 2004-cü ildə Sülü Çöl-Qalalı tərəfindən çəkilən komediya və macəra filmidir. Ekran işi dahi sənətkar, səhnəmizin korifeyi, Xalq artisti Nəsibə xanım Zeynalovanın əziz xatirəsinə həsr olunub.
Filmdə "Xaç atası 3", "Anakonda" filmlərindən, "Deep Purple", "Venus" qruplarının, Lou Beqa, R.Kellynin və Roy Orbisonun repertuarlarından istifadə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1440 Tarix: 03 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Azərbaycanda ali təhsil müəssisələri üçün sonuncu tədris günü məlum olub. Qaynarinfo xəbər verir ki, 26 may tarixində dərslər yekunlaşacaq. Qeyd olunub ki, bundan sonrakı dövrdə yay imtahan sessiyasının keçirilməsi planlaşdırılır. Tələbələrin biliklərini yoxlaması müddəti təxminən 1 ay davam edir
28 aprelQədir Xəlilova yeni vəzifə verildi
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub. Qaynarinfo xəbər verir ki, bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru, dövlət idarəçiliyi sahəsində uzunmüddətli təcrübəyə malik Qədir Xəlilov təyin edilib. Qədir Xəlilov 2019-2023-cü illərd
28 aprelŞakiranın konsertinə hazırlıq zamanı bir nəfər ölüb
Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib. xarici mediaya istinadən xəbər verir ki, konsert üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib. Dövlət yanğınsöndürmə xidmətinin yaydığı məlumatda bildirili
27 aprelŞəhla müəllimə işdən çıxıb? - Vəkilindən açıqlama
"İdrak" Liseyində silahlı insidentdə xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı yayıb. Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Ə.Ş.-nin ailəsi ilə "İdrak" Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışo
28 aprelBu yol müvəqqəti bağlanır - Sürücülərin nəzərinə!
Sabah saat 00:00-dan Bakının Müzəffər Nərimanov küçəsindən Araz küçəsinə qədər olan hissədə (metronun "Ulduz" stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyət təmi
27 aprel