IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib, 1 nəfər içəri buraxılmayıb

IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib, 1 nəfər içəri buraxılmayıbIV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Sonxeber.az xəbər verir ki, imtahan keçirilən şəhər və rayonlarda 62 imtahan binası, 1111 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 62 ümumi imtahan rəhbəri, 183 imtahan rəhbəri, 1387 nəzarətçi – müəllim, 189 buraxılış rejimi əməkdaşı, 62 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

1 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. Xatırladaq ki, girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan və ya imtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.

İmtahanda 18 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin "Teleqram" kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

4 iyun saat 15:00-da DİM-in "Youtube" vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm IV, həm də I ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını "Facebook"da yerləşdirilən müvafiq postun altına yaza bilərlər.

İyunun 4-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 753   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu

İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə

8 oktyabr
.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş

8 oktyabr
.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

7 oktyabr
.

10 illik vergi güzəşti bitir - Un və çörəyin qiyməti bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Buğda, un və çörəklə bağlı 10 illik ƏDV güzəştinin müddəti başa çatmaq üzrədir. 2027-ci il yanvarın 1-dən etibarən güzəşt uzadılmasa, bu məhsullar üzrə vergi yükünün dəyişməsi gündəmə gələ bilər. Bu isə xüsusilə gündəlik tələbat məhsulu olan çörəyin və unun qiymətinə mümkün təsirlə bağlı suallar yaradır

8 oktyabr
.

Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov təqaüdə göndərilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Qeyd edək iki, V.Qurbanov 2009-cu ildən başlayaraq DGK-nı

8 oktyabr