Ekspert Şuşada aşkarlanan kütləvi məzarlıqdan danışıb: "Başqa ərazilərdə də bu tip məzarlıqlar var"
"Görünür, Şuşada aşkarlanan bu məzarlıq tək deyil, bəzi yerlər var ki, ora da araşdırmalar aparılacaq. Başqa ərazilərdə də bu tip məzarlıqlar var".
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu hərbi-siyasi ekspert Telman Qasımov jurnalistərə açıqlamasında deyib.
O bildirib ki, bu insanlığa, bütövlükdə isə dünyaya qarşı olan bir cinayətdir. Ekspert xatırladıb ki, Birinci Qarabağ müharibəsində xeyli sayda azərbaycanlı itkin düşüb və onların taleyi ilə bağlı hələ də məlumat yoxdur.
"Son məlumatlara görə, Şuşa türməsində və digər zirzəmilərdə ümumilikdə 360 nəfərə qədər azərbaycanlı əsir saxlanılıb. Onlardan 100-dən çoxu azad edilib. Azad olunanların verdikləri ifadələr əsasında məlum olub ki, sözügedən zirzəmilərdə və türmədə əsirlərimizə dəhşətli işgəncələr veriblər. Təbii ki, verilən işgəncələr sonda ölümlə nəticələnib", - T.Qasımov vurğulayıb.
Ekspert söyləyib ki, Şuşada aşkarlanan yeni kütləvi məzarlıqda əsir götürülən 4 azərbaycanlı qeyri-insani şəkildə, işgəncə nəticəsində öldürülərək basdırılıb: "Biz müharibədə əsir düşmüş şahidləri də dinlədiniz. Ermənilərin bu əməlləri bütün dünyada pislənilməlidir. Görünür, təkcə burada deyil, həmçinin bir çox yerlərdə əsirlərimiz qətlə yetirilib və işgəncələr görüblər. Bununla bağlı hələ araşdırmalar aparılır".
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1495 Tarix: 03 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni
29 sentyabrİsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel 2024ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski
Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular
26 may 2024İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq
"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə
1 iyun 2024İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib
İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri
2 iyun 2024