Deputat: "Taksi xidməti sahəsindəki özbaşınalıq aradan qaldırılmalıdır"
"Taksi xidməti sahəsindəki özbaşınalıq aradan qaldırılmalıdır".
Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, bu sahədə nəzarətin zəif olması, bir sıra xoşagələməz halların davam etməsinə yol açır: "Taksi fəaliyyəti əhaliyə xidmətin bir növüdür. Taksilərin əksəriyyətində natəmizlik hökm sürür. Elə halllar olur ki, taksi sürücüsü sərnişindən soruşmadan siqaret çəkməyə başlayır. Taksi şirkətlərin tətbiqi ilə taksi sifariş edən də çox halda taksi sürücüləri ödənişin nağdsız olduğunu biləndə gəlmirlər. Həm də yol kənarında əl qaldırıb taksi saxlayıb mənzil başına çatanda sürücünün dediyi məbləği ödəməli olursan".
Deputat söyləyib ki, əksər taksi sürücülərinin sağlamlıq durumu da yerində olmur: "Elə hallar da baş verir ki, taksini sifariş edib avtomobilə oturanda sifariş etdiyinə görə təəssüflənirsən. Ümumilikdə taksi xidməti sahəsində özbaşınalıq davam edir. Bunun qarşısını almaq üçün nəzarət mexanizmi tətbiq olunmalı, taksi fəaliyyəti ilə bağlı ciddi tələblər müəyyənləşməlidir. Belə ki, bütün taksilərdə taksometrlər quraşdırılmalıdır. Sərnişin taksometrinin göstəricisinə görə ödəniş etməlidir. Həm də taksilərdə POS-terminallar quraşdırılmalı və sərnişinin istəyinə uyğun nağd və ya nağdsız ödəniş edilməsinə şərait yaradılmalıdır".
A.Badamov vurğulayıb ki, həmçinin hər gün taksi xidmətə başlayanda müəyyən məntəqədə həm sürücü, həm də avtomobil baxışdan keçirilməlidir: "Düzdür, taksilərin şəhərdə çox olması rəqabəti gücləndirir və qiymətlərin aşağı səviyyədə qalmasına imkan yaradır. Digər tərəfdən xoşagəlməz hallar baş alıb getdiyini müşahidə etdikcə bu sahədə mütləq şəkildə yeni qaydaların və tələblərin müəyyənləşdirilməli olduğunu hesab edirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb