Bank kartlarımızı necə qoruyaq? - ARAŞDIRMA

Bank kartlarımızı necə qoruyaq? - ARAŞDIRMABank kartları ilə bağlı az qala hər gün yeni bir dələduzluq növü eşidirik. Kartlardan istifadə və təhlükəsizliklə bağlı nə qədər məlumatlı olsaq da, hakerlər yenə də xırda bir ehtiyatsızlıq sonrası kartımızdakı pulları oğurlaya bilirlər. Nədənsə onların qurbanı olan kartlarda adətən, böyük məbləğlər olur. Məhz bu səbəbdən dolayı bank kartlarını kateqoriyaya bölərək istifadəni məsləhət görənlər var. Deyirlər, alış-veriş kartımız ayrı olmalıdır, maaş kartımız ayrı, onlayn alış-veriş kartımız başqa…

Bu cür yanaşma riski nə dərəcədə azaldır?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bank məsələləri üzrə ekspert Emin Mahmudov deyir ki, bir kartla həm alış-veriş edə, həm də ehtiyat pulumuzu orada saxlaya bilərik. Sadəcə bunun "amma"sı var:

"Ola bilər ki, bank kartı sizə yaxşı üstünlüklər verir. Məsələn, həm kartdakı qalığa görə sizə faiz hesablayır, həm də alış-verişdə bonusları yaxşıdır. Yəni o kartda pul saxlamaq da sizə sərfəlidir, alış-veriş də. O zaman istəsəniz, eyni kartda həm böyük məbləğdə pul saxlaya, həm də alış-veriş üçün istifadə edə bilərsiniz. Eyni zamanda bir sual ətrafında düşünməlisiniz: Mən kartımın təhlükəsizliyi ilə bağlı nə qədər diqqətliyəm? Vəsaitləri xərcləyərkən kart məlumatlarımı kiməsə vermədiyimdən tam əminəm? O əminliyimiz varsa, bir kartla da hər işimizi idarə edə bilərik".

Əmin deyiliksə, risk etmək istəmiriksə, E.Mahmudov istifadə etdiyimiz kartları kateqoriyaya bölməyin daha məsləhətli olduğunu bildirdi. İlk olaraq maaş kartına yanaşmamızın necə olmasına toxundu:

"Azərbaycanda maaş kartlarına kəşbək verən, maaş kartındakı qalıq məbləğə faiz hesablayan, əlavə hansısa üstünlüklər – millər, bonuslar verən banklar çox azdır. Həm bu, həm də təhlükəsizlik səbəbindən maaş kartlarımızı gündəlik alış-verişdə, istifadə etmək o qədər də məsləhət görülmür. Onlayn saytlarda da maaş kartı ilə qeydiyyat məsləhət deyil. Maaş kartınızın məlumatları əllərinə düşürsə, onu yaddaşda hazır saxlayırlar. Karta vəsait gəldiyini ehtimal etdikləri zaman o vəsaitləri istifadə edə bilərlər. Maaşların da hesaba oturulması zamanı təxmini məlumdur".

E.Mahmudov alış-verişdə üstünlükləri çox olan debet kartlarından istifadənin daha məsləhətli olduğunu bildirdi:

"Ən çox kəşbək də, hesabdakı qalığa faiz hesablamaq da, əlavə bonuslar da debet kartlardadır. Üstəlik bankların əksəriyyəti müştərilərinə pulsuz debet kartlar təklif edirlər. Üstünlüklərinə görə alış-verişdə istifadə etdiyimiz kartla bağlı o qədər də diqqətli deyiliksə, bu kartlarda çox pul saxlamamaq məsləhətdir. Əsas pulu başqa kartda saxlayırsınız, hazırkı xərciniz qədər bu karta pul əlavə edirsiniz. Ən yaxşı üsul o kartlardan onlayn istifadə etməkdir".

Ekspert pullarımız olan kartların tanımadığımız, bilmədiyimiz saytlarda qeydiyyatının isə daha təhlükəli olduğunu deyir:

"Tutaq ki, hansısa xarici saytdan məhsul, yaxud xidmət alırsınız. Təbii ki, ödəniş üçün kart məlumatlarınızı daxil etməlisiniz. Kart məlumatımızı yazdığımız həmin sayta etibar edirik? Ona görə, onlayn alış-veriş üçün ən təhlükəsiz üsul virtual kartlardır. Virtual kart alırıq, o karta bizə həmin xidməti almağa kifayət edəcək qədər vəsait qoyuruq və həmin linkə virtual kart məlumatlarımızı yazırıq. Əgər daxil etdiyiniz sayt dələduz linkdirsə, bizdən yalnız o kiçik məbləği oğurlaya bilir, başqa məbləğimiz toxunulmaz olaraq qalır. Əgər real kartımızın məlumatlarını tanımadığımız, bilmədiyimiz bir linkə, hansısa sayta yazsaq və düşünsək ki, orada vəsait yoxdur, heç nə itirən deyiləm və s. böyük yanlış edərik. Hakerlər həmin kart məlumatlarınızdan istifadə edərək bankın mobil tətbiqinə daxil ola və orada bizim bütün kartlarımızın, cari hesablarımızın, əmanətlərimizin idarəetməsini ələ keçirə bilərlər. Ona görə tanımadığınız, bilmədiyiniz saytlarda real kartlarınızı istifadə etməyin".

Öz pulumuzun hakerlər tərəfindən oğurlanması onsuz da bizim üçün pis haldır. Bir də var kredit olaraq götürdüyümüz pul. Haker istifadə edir, amma sonra o borcu biz ödəməli oluruq. Ekspertin sözlərinə görə, hakerlərin ən çox hədəf aldığı kartlardan biri də kredit kartlarıdır:

"Digər kartlarla bağlı qeyd etdiklərim kredit kartlarının istifadəsinə də aiddir. Kredit kartlarının istifadəsi ilə yanaşı, həm də onları alarkən diqqətli olmalıyıq. Bu kartları elə aldığımız zaman qısa müddətdə hakerlər ələ keçirə bilirlər. Belə ki, son vaxtlar kredit kartları (bu debet kartlarına da aiddir) onlayn əldə edilir, kuryer vasitəsilə çatdırılır. Kart hazırlanıb müştərinin əlinə çatana qədər bank tərəfindən müştəriyə çox zəng olur. Bu zaman hər gələn zəngə inanmaq olmaz. Bank özü verdiyi kartın sonradan hansısa məlumatlarını istəyə bilməz. Çox zaman kredit vəsaiti karta oturmamış dələduzlar bu barədə məlumat tutur və müştərilərə bank adından zəng vurub deyirlər ki, pulunuzu karta oturtmaq üçün filan rəqəmləri bizə bildirməyiniz xahiş olunur. Kart istifadəçiləri də bank bilib istədikləri məlumatı deyirlər. Bilmək lazımdır ki, bank müştərisinə verdiyi kartın hansı olduğunu dəqiq bilir. Vəsaiti karta yox, kart hesabına yerləşdirir. Hansısa kart məlumatı ilə əməliyyat etmir".

"Səyahət kartımız da ayrı olmalıdır" deyirlər. E.Mahmudovun sözlərinə görə, bu, sizin xərclərinizin məbləğinə görə dəyişə bilir:

"Səyahətlərdə gündəlik alış-veriş kartımızı istifadə edə bilərik. 99 faiz kart ölkə xaricində də ödənişləri dəstəkləyir. Səyahət üçün ayrıca kart əldə etməyə ehtiyac yoxdur. Səyahətdə böyük məbləğdə vəsait xərcləyəcəyiksə, o zaman həmin ölkənin yerli valyutasına uyğun kart açdırmaq daha məsləhətdir. Alış-veriş etdiyimiz zaman konvertasiya zamanı komissiyada və kurs fərqində pul itirməyək".

E.Mahmudov qeyd etdi ki, əgər kart təhlükəsizliyinə riayət etdiyinizdən tam əmin deyilsinizsə, əsas pulunuzu ayrıca bir kartda saxlayın, o kartı da mobil tətbiqdə bloklaşdırın, bütün limitləri sıfırlayın. Ehtiyacınız olanda, kartı blokdan çıxarıb istifadə etdiyiniz karta əlavə edin, yenidən bloka salın.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2154   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 5 ayda 4 min tondan çox çay istehsal edilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda 4 min 425,5 ton çay istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 % azdır. İyunun 1-nə ölkədə 99 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 45,8 % çoxdur

20 iyun
.

Qızıl və gümüş bahalaşdı

Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan "Comex"də qiymətli metalların - platin, palladium, qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur. xəbər verir ki, bu barədə ticarət platformalarının məlumatlarında qeyd edilib. Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, NYMEX-d

21 iyul
.

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 33,1 milyard manat olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin yanvar-may aylarına nisbətən rea

20 iyun
.

Azərbaycan ABŞ-yə ixracını 15 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 338 milyon 608 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 % azdır. Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracını

7 iyun
.

Azərbaycanın Çexiya ilə ticarəti yarım milyard dolları ötdü

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanı

5 avqust
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

3 iyul
.

Hörmüz boğazının bağlanması dünyanı iqtisadi böhranla üz-üzə qoya bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünyanın ən strateji enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazının yenidən bağlanması ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Böyük Britaniyanın "The Guardian" nəşri yazır ki, boğazın uzun müddət fəaliyyətini dayandırması ölkə iqtisadiyyatını tənəzzül riski ilə üz-üzə qoy

4 avqust
.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur. Kredit qoyuluşunu

30 may
.

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərind

11 iyul