"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycanın Müzəffər Ordusu bu gün qarşına qoyduğu hədəflərə uğurla çatmaqdadır" - DEPUTAT
"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu adını dünya hərb tarixinə qalib ordu kimi həkk etdirib".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, cənab prezident İlham Əliyevin ordu quruculuğu sahəsində atdığı addımlar sayəsində bu Azərbaycan Ordusu qarşısına qoyduğu bütün hədəflərə çatmaqdadır:
"Heç kəsə sirr deyil ki, güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev xalqın istəyi yenidən hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində bütün sahələrin inkişafı üçün çox böyük işlər gördü. Xüsusilə də ordu quruculuğu sahəsində. Qısa müddət ərzində ərazi ozünümüdafiə taborları ləğv edilərək orduda vahid komandanlıq yaratdı. Ulu öndər Heydər Əliyevin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi,
ordu da olan neqativ hallar aradan qaldırıldı, zabitlərimizin nüfüzlü beynəlxalq ali hərb məktəblərində tədris alması təmin edildi, ifrastruktur yenidən quruldu. Ən önəmlisi isə ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması və döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib".
Deputat vurğulayıb ki, bu gün ulu öndər Heydər Əliyevin siyasətini və ideallarını uğurla davam etdirən cənab prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti daha da yüksəldi, maddi-texniki bazası möhkəmləndirildi:
"Ali Baş Komandan İlham Əliyevin gördüyü işlər və atdığı addımlar sayəsində bu gün Azərbaycan Ordusu adını dünyanın ən güclü orduları sırasına yazdırıb. Azərbaycan Müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənin ordusunu döyüş meydanında darmadağın edərək 30 illik işğala son qoydu. Xüsusilə də Şuşa döyüşlərində hərbiçilərimizin göstərdiyi qəhrəmanlıq və şücaət dünyanı heyrətə saldı. Ordumuzun əldə etdiyi möhtəşəm zəfər sayəsində bu gün regionda yeni reallıq yaranıb. Ermənistan və onun havadarları gec-tez tez bu reallıqla barışmalı olacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq