"İran əvvəlcə Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi cinayətlərə görə cavab verməlidir" - DEPUTAT
Xəbər verdiyimiz kimi xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər in daxil olduğunu bildirib. Bu gün hər kəsi maraqlandıran sual İranda Azərbaycanın diplomatik missiyası yenidən bərpa oluna bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, diplomatik münasibətlərin bərpası ilə İrandan müraciətlərin daxil olması kifayət deyil:
"İran əvvəlcə Azərbaycan dövlətinə, xalqına qarşı törətdiyi cinayətlərə görə cavab verməlidir. Əfsuslar olsun ki, Molla rejiminin davranışlarında müsbət çalarları görmürük. Riyakarlığa ehtiyac yoxdur. Ortada konkret cinayət faktları var. Səfirliyimizə silahlı hücum olub, vətəndaşımız həlak olub, yaralanan var. Digər ağır cinayətlərin, ölkəmizdə dövlət çevrilişi təşkil etmək üçün terror qrupları yaradılması, deputat Fazil Mustafanın güllələnməsinin hər birinin izi İrana gedir".
Deputat vurğulayıb ki, diplomatik münasibətlərin bərpası, İrandan asılıdır:
"Cinayətkarlar və onlara himayədarlıq edənlər cəzalandırılmalı və Azərbaycan xalqına hesabat verilməli, gələcəkdə ölkəmizə qarşı səmimi, dürüst siyasət aparacaqları ilə bağlı hökuməti inandırmalı, öz çirkin maraqlarını təmin etmək üçün Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Yalnız bu halda, əməkdaşlıq mümkündür".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1586 Tarix: 06 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib. -ın əldə etdiyi məlumata görə, o, vurulmu
8 oktyabrAzərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?
Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər. Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?. Məsələ ilə bağlı -a açıqlamasınd
7 oktyabrŞəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on
7 oktyabrPsixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y
7 oktyabrAqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabr