Prodüser Təranə Səmədovanın qızı anası ilə görüşdən imtina etdi
"Hazırda həbsdə olan prodüser Təranə Səmədovanın böyük qızı anası ilə görüşdən imtina edib".
Bunu "Qaynarinfo"ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, Təranənin böyük qızı sığınacaqda qalanda anası ilə görüşmək istəmədiyini bildirib.
"İndi də Rəqsanə ilə yaşayır. Mən həbsxanaya gedəndə Təranə böyük qızı ilə görüşmək istədiyini dedi. Mən də bu xahişi qızına çatdırdım. Qızı isə anası ilə görüşdən imtina etdi, dedi ki, mən anamla ünsiyyət qurmaq istəmirəm", - deyə Kəmalə Ağazadə vurğulayıb.
Ekspert hesab edir ki, buna səbəb əvvəlki illərdə evdə yaşananlar olub:
"Biz kimisə ittiham edə bilmərik, bu, onun fikridir. Düşünürəm ki, əsas səbəbi elə özləri bilirlər. Onun anası ilə görüşmək istəməməsi o deməkdir ki, ana ilə balanın arasında münasibətlər çox kəskindir".
Qeyd edək ki, prodüser Təranə Səmədova həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Xatırladaq ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməyib. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb. Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1622 Tarix: 06 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib. -ın əldə etdiyi məlumata görə, o, vurulmu
8 oktyabrAzərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?
Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər. Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?. Məsələ ilə bağlı -a açıqlamasınd
7 oktyabrŞəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on
7 oktyabrPsixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y
7 oktyabrAqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabr