"Öz milli əməliyyat sistemimizi yaratdıqdan və istehsalatla məşğul olandan sonra rəqib ölkələrdən birinə çevrilə bilərik"- İT ekspert

"Öz milli əməliyyat sistemimizi yaratdıqdan və istehsalatla məşğul olandan sonra rəqib ölkələrdən birinə çevrilə bilərik"- İT ekspertİstiqamət: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
"Gələcək işlərin başında gələn əsas məsələlərdən biri Azərbaycanın milli əməliyyat sisteminin yaradılmasıdır. Arzu edərdik ki, təhlükəsizliyimizə xidmət edecək bir məsələ kimi bu qabardılsın və həllini tapsın. Artıq Türkiyənin, Rusiyanın özlərinin mili əməliyyat sistemləri var. Bütün avadanlıqlar, müdafiə sənayesi və ölkənin təhlükəsizlik orqanlarının işlətdiyi əməliyyat sistemini öz milli əməliyyat sistemləri ilə əvəz olunur. Eyni zamanda gələcəkdə arzu edərdim ki, İT o qədər inkişaf etsin ki, biz milli İT avadanlıqlarımızı istehsal edək. Öz milli əməliyyat sistemimizi yaratdıqdan və istehsalatla məşğul olandan sonra dünyada rəqib ölkələrdən birinə çevrilə bilərik".

Bu sözləri informasiya texnologiyaları üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev Sonxeber.az-a deyib.

O qeyd edib ki, ölkəmizdə İT sahəsini inkişaf etdirmək üçün böyük addımlar atılır, amma daha da inkişaf etdirmək üçün zamana və istehsalatdan gələn kadrlara ehtiyac var:

"Son 5-6 ildə texnologiya sahəsində baş verən sıçrayışı nəzərə alaraq kiçik xronoloji ardıcıllığı nəzərdən keçirək. İnformasiya texnologiyaları ilə müxtəlif qurumlar müxtəlif səviyyədə məşğul olurdu. İlk dəfə 2018-ci ilin 29 mart tarixində Cənab Prezidentin sərəncamı ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradıldı. Bu qərardan sonra sözün əsl mənasında ölkədə bu sahədə koordinasiyalı işin qurulması baş verdi və uğurlar artmağa başladı. Koordinasiya Komissiyası 1 sədr və 7 üzv ilə fəaliyyətə başladı. Həm dövlət, həm özəl müəssisələr ilə çox yaxından işlər görülməyə başladı. Bundan sonra ölkədə get-gedə çox ciddi tədbirlər həyata keçirilməyə başlanıldı. Həyata keçirilən tədbirlərin əhəmiyyəti çox yüksəkdir. Tədbirlər həm maarifləndirici xarakter daşıyır, həm insanlarımızın fikir və diqqətini cəlb edir. 2023-cü ildə baş verən bir neçə tədbiri sadalaya bilərəm. Məsələn, cari ilin iyun ayında keçirilmiş Avropa Şurası və Avropa parlamenti ilə birlikdə Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycanda kibercinayət ve kibertəhlükəsizlik barometri" adlı tədbir həyata keçirildi. Həqiqətən də çox uğurlu tədbir idi. Azərbaycanda bununla bağlı maraqlı göstəricilər nümayiş olundu. Çox yaxında digər tədbir oldu. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Asossasiyasının təşkilatçılığı ilə keçirilən, 2-ci Milli Kibertəhlükəsizlik Formu baş tutdu. Bu, böyükçaplı forum oldu. Ölkədən müxtəlif qurumlar, şirkətlər, xarici dövlətlərdən gələn müxtəlif qonaqların da iştirakı ilə təşkil olunan bu tədbir ölkədə informasiya texnologiyaları və təhlükəsizliyi ilə bağlı məsələləri açıq şəkildə göstərdi, müxtəlif panellər keçirildi və bu panellərdə maraqlı müzakirələr, sual-cavablar oldu. Elə bu ilin iyun ayının 2-sində Azərbaycan Prezidentinin fərmanı ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Daxili İşlər Nazirliyinin tərkibində bir qurum olaraq, yaradıldı. Təbii ki, bu tədbirlər həm dövlət, həm də özəl qurumlar səviyyəsində informasiya texnologiyalarının inkişafına verilən qiymətdir. İT bu gün hər kəsin həyatındadır. Telefonlar, planşetlər, avadanlıqlar İT ilə bağlı məsələni hər kəsin marağına çevirir. Bu gün siyasət, iqtisadiyyat hər kəsin marağında olmaya bilər, amma İT hər birimizin marağındadır və hər bir şəxs öz informasiya təhlükəsizliyinə diqqət etməlidir. Keçirilən bu tip tədbirlər, cənab prezidentin sərəncamları, dövlət qurumlarının tədbirləri inkişafa gedən yolda addımlardır.
Daha da inkişaf etdirmək üçün tövsiyəyə gəldikdə isə, ən birincisi maarifləndirmədir. Maarifləndirmə hər bir xalqın tarixində və hər bir sahədə xüsusi yer tutduğu kimi, İT sahəsində də çox əhəmiyyətlidir. Maarifləndirmənin bir qismi fərdlərin, bir qismi təşkilatların üzərinə düşür. İşçilər işə qəbul olmadan əvvəl bu sahədə öz biliyini artırsınlar, universitetdə, məktəbdə oxuduqları dönəmləri səmərəli formada dəyərləndirsinlər və digər sahələrdə maarifləndirici təlimlər alsınlar. Öz sahələri olmasa belə mütləq bu sahədə inkişaflarına diqqət göstərsinlər. Get-gedə müşahidə edəcəyik ki. bütün iş yerlərində işə götürülən zaman İT ilə bağlı savad yoxlanılacaq. İkinci növbədə şirkətlərin tələbi gəlir. Şirkətlər də daim öz işçilərinin inkişafında maraqlı olmalıdır. Ona görə ki, istər şirkət , istər dövlət müəssisələri olsun, onlar İT üzrə öz inkişaflarını düşünməsələr, mütləq mənada bazardan geri qalmaları qacınılmaz olacaq. Həmişə işçilərinin peşəkarlaşmasında, kursa getməsində, sertifikatlar əldə etməsində həvəsləndirici işlər görsünlər. İmkan varsa, öz İT mütəxəssislərindən istifadə edərək, bütün işçilərin təlimatlandırılmasında səylər göstərsinlər vəya bu kimi təlimləri xaricdən(outsource) alaraq, işçilərini maarifləndirsinlər. Çünki bir işçinin bilməyərəkdən öz müəssisəsinə vurduğu ziyan və gəlir itkisi böyük peşmançılığa səbəb olandan sonra tədbir görmək effektsiz olacaq və bir növ el arasındakı "toydan sonra nağara" məsəlini xatırladacaq. Digər məsələlərdən biri yeni ixtisasların açılmasıdır. Artıq İT ilə bağlı həm hüquqi, həm texnoloji cəhəti müxtəlif ixtisaslar dünya ölkələrində açılır. Burda digər problem o ixtisaslarda dərs keçən müəllimlərin tapılmasıdır. Müəyyən planlar həyata keçirilməlidir ki, bizim universitetlərdə keçirilən İT dərsləri həm bazarda olan tələbata, həm də dövrün ehtiyacına cavab versin. Arzu edirəm ki, təkcə bakalavr səviyyəsində deyil, magistratura, doktorantura səviyyələrində də elmi uğurlar əldə edilməyə başlanılsın. Bu gün boşuna deyil ki, 1 barrel neft hardasa 1 printer katrici qiymətinə bərabərdir. Üzərində elm olan hər bir xammal ən yüksək qiymətə dünya bazarında satıla bilir. Ona görə də istərdim ki, bizim elm sahəsi olduğundan daha yüksək formada inkişaf etməyə başlasın və dünyadakı İT elminə çatsın. Yaponiya dünyada patentlər üzrə lider ölkədir. Bizim elm adamları da patentlərə sahib olsunlar, satışını təşkil edə bilsinlər. Eyni zamanda elmi kəşflərin istehsalata gətirilməsi əhəmiyyətlidir. Bu gün elm adamlarının, araşdırmacıların etdiyi kəşfləri mütləq istehsalata gətirmək lazımdır və ya edilən işlər mütləq istehsalata yararlı olmalıdır. Onlardan istifadə edərək həm ölkəmizə, həm bu sahəyə yüksək fayda gətirməlidir. İstər dövlət, istər özəl müəssisələrində kifayət qədər keyfiyyətli, işini bilən və savadlı kadrlarımız var. Sadəcə bu kadrların yaxşı koordinasiyası olmalıdır. Kadrların ali təhsil ocaqlarına gəlib çıxması üçün dövlət və özəl müəssisələr məncə müəyyən qədər fədakarlıq göstərməlidir ki, o insanlar bizim gələcək potensialımızın yetişməsində xüsusi dəstək göstərsinlər və inkişafında rol oynasınlar.
Çox yaxşı olardı ki, şirkətlərdə olan İT işçiləri universitetlərə yönləndirilsin və onlar öz praktikasını təhsil ocaqlarında göstərsinlər. Əks halda heç bir praktika etməyən, heç bir müəyyən praktiki təlimlərdən keçməyən və ya bu sahədə əksiklikləri olan bir kadrın universitetdə tələbələrə verə biləcəyi bir şey yoxdur. Üstünlüyü istehsalatdan gələn yüksək təcrübəyə sahib insanlara vermək lazımdır. Bu fədakarlığın qarşısında həm universitet maddi fədakarliq etməli, həm qarşı tərəfdən şirkətlər də öz işçilərinin saatından fədakarlıq edərək, mütəxəssislərin dərslərə göndərilməsində köməklik göstərməlidir. Təbii ki, bu sahədə istənilən səviyyəyə çatmaq arzuolunandır. Buna görə müəyyən zamana, kadr potensialına və maddi dəstəyə ehtiyac var. Ümid edirəm ki, gələcək öz rolunu göstərəcək. Ancaq mənim müxtəlif tədbirlərdə də ifadə etdiyim başda gələn məsələlərdən biri Azərbaycanın milli əməliyyat sisteminin yaradılmasıdır. Arzu edərdik ki, təhlükəsizliyimizə xidmət edəcək bir məsələ kimi bu qabardılsın və həllini tapsın. Artıq Türkiyənin, Rusiyanın özlərinin mili əməliyyat sistemləri var . Bütün avadanlıqlar, müdafiə sənayesi və ölkənin təhlükəsizlik orqanlarının işlətdiyi əməliyyat sistemini öz milli əməliyyat sistemləri ilə əvəz olunur. Eyni zamanda gələcəkdə arzu edərdim ki, İT o qədər inkişaf etsin ki, biz milli İT avadanlıqlarımızı istehsal edək. Bu, 30-40 ilin göstəricisi olacaq, amma bu gün başlamalıyıq ki, gələcəkdə İT avadanlıqlarımızın istehsalı barədə danışa bilək. Biz çox yaxşı başa düşürük ki, gediləcək yol böyükdür, amma müəyyən mərhələlər kecilməlidir. Bu gün artıq ölkədə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaradılıb. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə, İsrailin "Technion" İnstitutu birgə proqram təsis edib. Onlar 3 il ərzində Azərbaycanda 1000-ə yaxın şəxsə kibertəhlükəsizlik təlimlərinin keçirilməsini nəzərdə tutub. Ölkəmizdə arzuladığım məsələlərlə bağlı işlər gedir. Arzu olunar ki, mövcud vəziyyətdən daha çoxunu edək və inkişafımız yüksələn xətlə davam etsin. Bunun üçün birinci növbədə kadr hazırlığı, sonra təşkilatçlıq və beyin adamlarının birlikdə fəaliyyyəti mütləqdir. Bu insanları bir araya gətirmək və onlarla birlikdə hədəfə çatmağa çalışmaq lazımdır. Başa düşürəm ki, hər hansı bir şeyə başlanan zaman tələb və təklif məsələləri, satış da fikirləşilir. Amma bəzi məsələləri biz ikinci planda düşünməliyik. Ona görə ki, bu, bizim təhlükəsizliyimizə və gələcək inkişafimıza aparan yoldur. Biz ilkin növbədə aparatların, qurğuların istehsalından başlamalıyıq. Gələcəkdə onları öz milli əməliyyat sistemimizlə təmin edə bilərik. Biz hələ də xaricdən gələn elmi qəbul edirik. İT ilə bağlı məsələləri idxal edirik, ixrac edə bilmirik. Öz milli əməliyyat sistemimizi yaratdıqdan və istehsalatla məşğul olandan sonra dünyada rəqib ölkələrdən birinə çevrilə bilərik. Bu gün Türkiyənin 'Bayraktar"ını misal göstərmək olar.Türkiyə "Bayraktar" istehsalatından sonra rəqibə çevrilə bildi .Əks halda uzun illər dron alan və istifadə edən Türkiyə rəqibə çevrilə bilmirdi. İstehsalat öz ölkəmizdə olmadığı müddətcə böyük texnoloji şirkətlərlə rəqabətdən söhbət edə bilmərik. Bunun üçün quruculuq, yaradıcılıq olmalıdır. İnanıram ki, çox da keçməyən bir zamanda olacaq".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Öz milli əməliyyat sistemimizi yaratdıqdan və istehsalatla məşğul olandan sonra rəqib ölkələrdən birinə çevrilə bilərik"- İT ekspertŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2001   Tarix: 08 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl

8 oktyabr
.

Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifariş

8 oktyabr
.

Mənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB

Bakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilki

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

7 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

8 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr