QADINLARIN ƏN ETİBARLI MƏSLƏHƏTÇİSİ GİNEKOLOQ LƏMAN ƏLİYEVA

QADINLARIN ƏN ETİBARLI MƏSLƏHƏTÇİSİ GİNEKOLOQ LƏMAN ƏLİYEVAGinekoloji xəstəliklər günümüzün problemlərindən biridir, bu problemin başlıca səbəbi isə qadınların ginekoloji yoxlanışları ləngitmələri, bir çox qadının utanaraq ginekoloq qəbuluna getməməsidir. Əksər xanımlar üçün ginekoloq həssas suallarla, intim problemlərlə bağlı müraciət olunan həkimdir. Bu səbəblə bir çox xanım artıq həkimə getmədən həyəcanlanır, onda utancaqlıq və stress yaranır. Suallarının bir çoxunu verə bilmir, verilən sualların bəzilərinin cavabını verməyə çəkinir. Həkimlərin müalicəsinin təsirli ola bilməsi üçün qadınlar həkimə etibar etməli, utanmadan müayinənin gedişi zamanı sualları cavablandırmalıdır. Həkimə etibar etmək müalicənin ilk mərhələsidir. Qadın xəstəliklərinin müalicəsi və qarşısının alınması üçün peşəkar həkim vacibdir. Bir çox insan doğru həkimi dəfələrlə edilmiş yanlış seçimlərdən sonra tapır. Biz isə sizin üçün araşdıraraq peşəkar, bacarıqlı həkim Ləman xanımı sizə təqdim etmək istəyirik. Cərrah mama-ginekoloq Ləman İsmayıl qızı Əliyeva istər savadı, istərsə də peşəsinə olan dərin məhəbətti ilə bu sahədə sayılıb-seçilən həkimlərdəndir. 1984-cü ildə Ağdamda doğulmuş Ləman xanım Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsində təhsil almışdır. Universiteti fərqlənmə ilə bitirmiş, 1 il internatura, 2 il də ordinatura keçmişdir. Həkimliklə yanaşı Ləman xanım həm də həkimlik qədər müqəddəs olan müəllimlik peşəsi ilə də məşğul olur. O, Azərbaycan Tibb Universitetinin 1-ci mamalıq-ginekologiya kafedrasında 4-5-6-cı kurs tələbələrinə ingilis dilində ginekologiya fənnini tədris edir. Tədris-cərrahiyyə klinikasında fəaliyyət göstərdiyi üçün Ləman xanımın dərslərinin bir çoxu əyanı şəkildə xəstələr üzərində izahlı şəkildə keçirilir. Ləman xanım həm də tibb üzrə fəlsəfə Doktorudur. Ləman xanım ginekoloji xəstəlikləri və sonsuzluğu müalicə edir, riskli hamiləlikləri təqib edir, təbii doğuş və keysəriyyə əməliyyatı, müxtəlif ginekoloji əməliyyatlar icra edir. Ləman xanım həkimliyi böyük bir sevgi ilə seçmişdir, ona müraciət edən xəstələrə kömək etmək, onların ailələrinə körpə sevinci bəxş etmək onu çox xoşbəxt edir. Ləman xanımı ən çox narahat edən mövzuların başında gənclərimizin öz sağlamlıqları barədə məlumatsız olması, ginekoloq müayinələrindən yayınmalarıdır. Ləman həkim düşünür ki, universitetlərdə ginekoloq yoxlanışlarının vacibliyi, qadın xəstəlikləri və s. barədə gənc qızlarımız maarifləndirilməlidir. Ana olmağa hazırlaşan gənc qadınların doğuşdan qorxma halları da Ləman həkimin tez-tez rastlaşdığı problemdir. Həkimimiz isə onlara zəruri olmadığı halda keysəriyyə əməliyyatı məsləhət görmür. O, bütün pasientlərinə bildirir ki, doğuş xəstəlik deyil, fizioloji prossesdir, qorxmaq lazım deyil. Qadınların təhsil alması, öz ayaqları üzərində durması çox vacibdir, lakin ana olmaq da qadınlar üçün çox əhəmiyyətli bir hadisədir. Ləman həkim də qadınlara məsləhət görür ki, 30 yaşına çatmadan ilk doğuşlarını etmələri onlar üçün daha yaxşı amildir. Ləman həkim erkən nigah və erkən doğuşların da qəti əleyhinədir. Erkən doğuş ana və körpə üçün çox böyük fəsadlara gətirib çıxarır. Doktor həmçinin xanımlara məsləhət görür ki, əgər tibbi əks-göstəriş yoxdursa, süd vermək də vacibdir. Bu həm ananın sağlamlığı, həm də körpənin inkişafı üçün vacibdir. Ləman həkim bildirir ki, bütün bu məsələlərlə bağlı öncədən məlumatlı olmaq üçün qadınların həm evlilikdən, həm də ana olmazdan əvvəl ginekoloq yanında olması, müayinə olunması, öz ginekoloqu ilə söhbət edə bilməsi vacibdir. Sağlam gələcək üçün sağlam və məlumatlı qadınlar lazımdır, bunun üçün isə Ləman Əliyeva kimi savadlı həkimlərə cəmiyyətimizdə hər zaman ehtiyac var.

QADINLARIN ƏN ETİBARLI MƏSLƏHƏTÇİSİ GİNEKOLOQ LƏMAN ƏLİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3555   Tarix: 08 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl

8 oktyabr
.

Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifariş

8 oktyabr
.

Mənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB

Bakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilki

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

7 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

8 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr