Nazirlikdən 1-ci sinfə qəbulla bağlı iddialara cavab
Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda birinci sinfə gedəcək şagirdlərin şifahi nitq bacarıqları ilə bağlı müsahibədən keçirilməsi mövzusu müzakirə olunur. İddia olunur ki, gələcək birincilər şifahi nitq bacarıqları ilə bağlı imtahan verirlər.
Sonxeber.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi qafqazinfo-ya bildirib ki, öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir:
"Bir çox media orqanlarında 1-ci sinfə qəbulla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayımlanıb. Belə yazıların birində hörmətli Şahlar Əsgərovun 1-ci siniflərə şagird qəbulu ilə bağlı fikirləri yer alıb. Yazıda qeyd edilənlərin əksinə olaraq öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir.
Onu da bildirək ki, növbəti tədris ili üzrə 130 mindən çox uşağın 1-ci sinfə qəbulu proqnozlaşdırılır. Artıq 110 mindən çox uşaq onlayn sistem üzərindən heç bir müsabiqə və müsahibəsiz 1-ci siniflərə yerləşdirilib. Bu sayın təxminən 90 mindən çoxu məktəbəhazırlıqdan birbaşa 1-ci sinfə qəbul olunub".
Nazirlikdən həmçinin bildirilib ki, bu proses sentyabrın 14-dək davam edəcək.
Təhsil eksperti Adil Vəliyevin sözlərinə görə, tədris digər dillərdə olarsa, həmin məktəblərdə şifahi nitq bacarıqları yoxlanıla bilər: "Tədris digər dillərdə aparılan bölmələrə uşaq qəbulu zamanı onların şifahi nitq bacarıqlarının yoxlanılması ümumtəhsil haqqında qanunvericiliyin tələbidir.
Həm də uşağın gələcəkdə bu dildə təhsil almağa hazır olub-olmamasını ayırd etməkdir. Bəzən valideynlər dili bilməyən övladlarını məktəbə yazarkən uşağın bu dili öyrənəcəyinə ümid bəsləyir.
Tədqiqatlar göstərir ki, bu, tədris dilini dilməyən uşaqlar üçün ilk illərdə öyrənmə prosesində ciddi maneə yaradır, belə uşaqlar bir çox hallarda dərin psixoloji stres keçirirlər. Həmin şagirdlər bir neçə il ərzində dili öyrənsələr də, fənlərin öyrənilməsində böyük çətinliklə qarşılaşırlar.
Bu həm də digər bölmələrdə təhsil alan şagirdlərin ümumi nəticələrinin aşağı düşməsinə gətirib çıxarır. Bir daha qeyd edirik ki, məktəbi dil öyrənmək kursu ilə eyniləşdirmək düzgün yanaşma deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1134 Tarix: 08 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrSumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl
8 oktyabrMənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB
Bakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilki
8 oktyabrSəbuhi Əliyevə vəzifə verildi
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrQarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı
Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld
8 oktyabrSabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind
8 oktyabr"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin
7 oktyabr