Azərbaycanda yerli bankların filiallarının açılmasına dair tələblər dəyişdirilir

Azərbaycanda yerli bankların filiallarının açılmasına dair tələblər dəyişdirilirAzərbaycanda yerli bankların filiallarının açılmasına dair tələblər dəyişdirilir.

Sonxeber.az-ın xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Banklar haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, yerli bank bu qanunun tələbləri nəzərə alınmaqla filial, şöbə və nümayəndəlik açmaqda sərbəstdir. Məcmu kapital, kapital adekvatlığı və likvidlik normativlərinə cavab verən, filiallar üzrə daxili nəzarət sisteminə malik olan bank filial, şöbə və nümayəndəlik aça bilər. Filial və şöbədə nağd pul saxlancı Mərkəzi Bankın müvafiq normativ xarakterli aktının tələblərinə uyğun olmalı, habelə filial və şöbələrdə aparılan əməliyyatlar haqqında məlumatların real vaxt rejimində banka ötürülməsi üçün informasiya sistemləri mövcud olmalıdır. Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. Yerli bank yerli filial, şöbə və ya nümayəndəliyin açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə filial, şöbə və ya nümayəndəlik açmaq barədə bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti, habelə filial, şöbə və ya nümayəndəliyin inzibatçıları barədə bu qanunda göstərilən sənəd və məlumatlar əlavə olunur. Bildirişdə filial, şöbə və ya nümayəndəliyin ünvanı, fəaliyyətə başlaması vaxtı, habelə inzibatçıları barədə bu qanunda göstərilən məlumat əks etdirilir. Mərkəzi Bank tərəfindən 14 təqvim günü ərzində bildirişə münasibət bildirilmədikdə və ya bank tərəfindən yerli filialın, şöbənin və ya nümayəndəliyin açılması üçün bu Qanunla nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya banka qarşı tətbiq edilən təsir (təshih) tədbirlərinə əməl edilməməsi ilə bağlı banka yazılı məlumat göndərilmədikdə müvafiq yerli filial, şöbə və ya nümayəndəlik fəaliyyətə başlaya bilər. Yerli bank xarici filialını və ya nümayəndəliyini açmağa icazə almaq üçün Mərkəzi Banka yazılı müraciət etməlidir.

Hazırda qüvvədə olan qanuna görə, maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan yerli bank filial, şöbə və nümayəndəlik aça bilməz. Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi qaydaları, habelə onların fəaliyyəti ilə əlaqədar şərtlər və tələblər maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 856   Tarix: 09 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl

8 oktyabr
.

Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifariş

8 oktyabr
.

Mənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB

Bakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilki

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

7 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

8 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr