Məntiq dərsi keçilmirsə, niyə imtahanlara salınır? - DİM-ə ETİRAZ

Məntiq dərsi keçilmirsə, niyə imtahanlara salınır? - DİM-ə ETİRAZ"Ali məktəblərə qəbul zamanı abituriyentlərin yüksək bal toplamamasının əsas səbəbi məntiqdən olan sualların çoxluğudur".

Sonxeber.az xəbər verir ki, bunu bizim.media-ya açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

O bildirib ki, sovet dönəmində məntiq, fəlsəfə və iqtisadiyyat ayrıca fənn kimi tədris olunurdu:

"Çox təəssüf ki, bu gün bunların heç biri tədris edilmir. Amma bir məsələ var ki, hazırda bütün imtahan sualları məntiq üzərində qurulub. Hətta bir ara bağçaya qəbul zamanı da məntiqdən sual salırdılar.

Hazırda Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi bütün imtahanlarda məntiqdən çoxlu sayda sual salınır. Məntiqlə yanaşanda orta məktəbdə şagirdə nə öyrədilibsə, ondan da o soruşulmalıdır. Halbuki, məntiq heç yerdə tədris olunmur. Məntiq keçilmirsə, şagirdə, abituriyentə niyə məntiqdən sual verilir? Bax bunu anlamaq olmur".

Nadir İsrafilov məntiqə yanaşmanın özündə də fərqlilik və ziddiyyət olduğunu qeyd edib:
"Məsələn, Albert Eynşteyn deyirdi ki, məntiq elm deyil. Məntiq bizi A nöqtəsindən B nöqtəsinə aparır. Lakin təxəyyülümüz V nöqtəsindədir. Dində də bu var ki, nəyin yüz faiz düz və yaxud səhv olduğunu kiməsə sübut eləmək mümkün deyil. Çünki hər kəsin öz həqiqəti var. Hər kəsin öz yanaşması var.

Adi misal çəkim. Bu gün təhsilimizdə nə qədər yeniliklər olur. Amma bu yenilikləri də hamı eyni cür qarşılamır. Hərənin məsələyə öz yanaşması və fikrinin sübutu üçün öz arqumenti olur. Bilik Günü, məktəbli forması və digər məsələlərlə bağlı cəmiyyətdə nə qədər fikir ayrılığı var?! Yəni hər kəs istənilən məsələ barədə öz məntiqi ilə çıxış edir".

Ekspert hesab edir ki, tələb olunan istənilən məsələnin bazası olmalıdır:

"Əgər orta məktəbdə riyaziyyat keçiriksə, kimya keçiriksə, ali məktəbə qəbul zamanı da bunu tələb edə bilərik. Amma biz orta məktəbdə məntiq keçmirik axı?! Di gəl ki, qəbul imtahanlarında sualların çoxu məntiqə əsaslanır. Ona görə də məntiq ya bir fənn kimi tədris olunmalıdır, ya da imtahanlardakı məntiq sualları ləğv olunmalıdır. Belə olarsa, qəbul zamanı yüksək bal toplayanların da sayı artar və sağlam rəqabət yaranar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1184   Tarix: 09 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl

8 oktyabr
.

Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifariş

8 oktyabr
.

Mənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB

Bakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilki

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

7 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

8 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr