"S&P": "Azərbaycan banklarında vaxtı keçmiş kreditlər artacaq"

"S&P": "Azərbaycan banklarında vaxtı keçmiş kreditlər artacaq"2023-cü ildə Azərbaycan banklarının ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı mülayim şəkildə 3,5-4 %-ə qədər artacaq.

Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında deyilir.

"Azərbaycanın bank sistemi ümumilikdə sabitdir, vaxtı keçmiş kreditlərin payı isə 2022-ci ilin sonunda 2,9 % olub", - agentlik qeyd edir.

Bununla belə, S&P analitiklərinin fikrincə, maliyyə sektoru kiçik olaraq qalır, ümumi aktivlər ÜDM-in 50 %-dən azdır və bu, dövlət üçün şərti öhdəliklərin mümkün risklərini məhdudlaşdırır.

"Bununla belə, Azərbaycanın bank sistemi qalmaqda olan bir sıra struktur zəifliyi, o cümlədən son dövrlərdəki azalmaya baxmayaraq, depozitlərin dollarlaşmasının hələ də yüksək səviyyədə olması; beynəlxalq kontekstdə zəif idarəetmə və şəffaflıq; kreditləşmə və anderraytinq standartlarının yumşaldılması ilə xarakterizə olunur", - agentlik vurğulayıb.

Azərbaycanda 24 bank fəaliyyət göstərir. Hökumət "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmlərinin nəzarət paketinə sahibdir və 2017-ci ildə onun borcunun bir hissəsini öz üzərinə götürərək bankı restrukturizasiya edib. Hökumət həmçinin balans dəyəri təxminən 10 milyard manat olan vaxtı keçmiş ABB kreditlərini dövlətə məxsus "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT) ötürüb.

"Azərbaycan Mərkəzi Bankının "Aqrarkredit"ə verdiyi kreditlər dövlət zəmanəti ilə verilir. Beləliklə, biz "Aqrarkredit"ə 9,5 milyard manat məbləğində dövlət zəmanəti ilə verilmiş kreditləri ümumi dövlət borcuna daxil edirik", - hesabatda bildirilir.

Report.az


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1693   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA

Son məlumatlara görə, Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 2 milyard 982,6 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artıb. Eyni zamanda, sentyabrın 1-nə bankların kredit portfeli 32,8 milyard manatı ötüb. Maraqlıdı

30 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

24 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-dən çox artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb

2 oktyabr
.

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal materialları və süni intellekt (AI) sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. "Report" İtaliyanın Müəssisələr və "Made in Italy" Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr italiyalı nazi

29 sentyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr
.

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye

18 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb

Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai

29 sentyabr