Beynəlxalq reytinq agentliyi: "2027-ci ilə qədər Azərbaycan iqtisadiyyatı orta hesabla 1,4% artacaq"
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2027-ci ilə qədər Azərbaycan iqtisadiyyatının orta hesabla 1,4% artacağını proqnozlaşdırır.
Bu barədə agentlik məlumat yayıb.
Eyni zamanda, "S&P" 2023-cü ildə ölkədə ÜDM-in real artımını 0% səviyyəsində proqnozlaşdırır. Belə ki, bu il nominal ifadədə Azərbaycanın ÜDM-nin 131 milyard manat (77 milyard ABŞ dolları) olacağı proqnozlaşdırılır. 2022-ci ildə 134 milyard manat (79 milyard ABŞ dolları) olan bu göstəricinin 2024-cü ildə 137 milyard manata (81 milyard ABŞ dolları), 2025-ci ildə 143 milyard manata (84 milyard ABŞ dolları), 2026-cı ildə isə 148 milyard manata (87 milyard ABŞ dolları) çatacağı gözlənilir.
"Azərbaycan iqtisadiyyatı böyük ölçüdə karbohidrogen sektorundan asılıdır, neft və qaz ixracın 90%-ni və ÜDM-in təxminən 50%-ni təşkil edir. Hazırda ölkə əlverişli neft qiymətlərindən faydalanır, bu da öz növbəsində Azərbaycanın maliyyə vəziyyətini və tədiyə balansını dəstəkləyir. 2022-ci ildə "Brent" markalı neftin təxminən 100 dollar/barel səviyyəsində təxmin edilən orta qiymətini nəzərə alaraq, orta neft qiymətlərinin 2023-cü ildə 86 dollar/barel, sonrakı illərdə isə 85 dollar/barel səviyyəsində yüksək olaraq qalacağını gözləyirik", - "S&P" qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
27 iyunMeyvə-tərəvəz niyə ucuzlaşmır? (VİDEO)
Qeyri-sabit hava şəraiti bazarlarda qiymətlərə də təsir edib. Qaynarinfo -a istinadən xəbər verir ki, bazarlarda meyvə-tərəvəz bol olsa da, qiymətlər bahadır. Satıcılar da bu il bəzi meyvə-tərəvəzlərin qiymətlərinin ötən illə müqayisədə fərqli olduğunu təsdiq edirlər. Satıcılar qiymətlərin yüksək olmasını
6 iyunAzərbaycan nar ixracından 4 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-may aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə 299 min dolla
4 iyulAzərbaycanda nağdsız ödənişlər apreldə 2 %-dən çox azalıb
Bu ilin aprel ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 2,2 % azalaraq 9 milyard 94 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,969 milyard manatı (87,6 %-i) elektron ticarətin payına düşüb. Ödənişləri
30 mayAzərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqaməti üzrə Ermənistana 4 vaqondan ibarət, ümumi çəkisi 280 ton Rusiyadan olan buğda, həmçinin 4 vaqondan ibarət, çəkisi 277 ton təşkil edən gübrə yükü göndərilib. Qaynarinfo xəbər verir ki, sözügedən tədarük Rusiyada
29 may"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb
Bu ilin ikinci rübünün yekununda BP şirkətində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının ümumi sayı 2 363 nəfər təşkil edib. Report-a istinadən xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından cari ilin birinci yarımilinin nəticələrinə dair yaydığı biznes hesabatınd
6 avqustQarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrin sığortalanmasına dair məlumat bazasının yaradılması istiqamətində işlərə başlanılıb". xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AII
25 iyunAzərbaycanda 5 ayda 4 min tondan çox çay istehsal edilib
Bu ilin yanvar-may aylarında Azərbaycanda 4 min 425,5 ton çay istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 % azdır. İyunun 1-nə ölkədə 99 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 45,8 % çoxdur
20 iyunQızıl və gümüşün qiymətində artım qeydə alındı
Əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində artım qeydə alınıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,2% yüksələrək 4 096,3 ABŞ dollarına çatıb. Eyni zamanda
27 iyun