Dərdimizə dərman olmaq yerinə, səhhətimizə bəla olan SAXTA ƏDVİYYATLAR
Ədviyyat adı ilə mağazalardan aldığımız məhsulların əslində başqa bitkilər olduğundan çoxumuz xəbərsizik. Xüsusilə də ucuz qiymətə təklif olunan ədviyyatlarda bu cür hallara daha çox rast gəlinir.
Eyni zamanda, ədviyyat alanda əksəriyyətimiz hansı büdcəmizə uyğundursa, gözə xoş gələndirsə, onu almağa çalışırıq. Lakin keyfiyyətli ədviyyatın qiyməti olduqca bahadır. Ancaq yoxlamadan, bilmədən aldığımız sarıkök, darçın, zəfəran, zəncəfil, bibər və s. orqanizmdə gözlənilməz xəstəliklərə yol açır.
Bəzən müəyyən narahatlıqlarımızı aradan qaldırmaq üçün də təbii yolla, yəni ədviyyat istifadə etməklə həllinə can atırıq. Amma bilmirik ki, bu ədviyyatlar nəinki bizə dərman olur, əksinə səhhətimizdə olmayan fəsadlar yaradır.
Bəs, əsl ədviyyatları saxtasından necə ayırd etmək olar?
Bizim.Media-ya açıqlamasında qida məsələləri üzrə ekspert Ağa Salamov bununla bağlı bir neçə nüansa aydınlıq gətirib.
Ekspertin sözlərinə görə, ədviyyat alarkən qiymətə və markaya diqqət yetirmədən hər qarşımıza çıxan məhsulu alsaq, başa düşməliyik ki, bu, saxta ədviyyatdır:
"Ədviyyatlar çox vaxt alanda keyfiyyətsiz çıxır. Ən yaxşı ədviyyat isə ən yaxşı marka və ən ucuz olmayanlardır. Məsələn, zəfəranı gedib kiloqramını absurd dərəcə ucuz aldıqda başa düşmək lazımdır ki, bu artıq zəfəran deyil, aspir bitkisidir. Təmiz zəfəranın isə qızıla bərabər qiyməti var".
Ağa Salamov məhsulun saxta olub olmadığını anlamaq üçun onu test üsulları ilə yoxlamağı və əmin olmadan məhsulu almamağı məsləhət görür:
"Məsələn, sumağa toxunduğumuz zaman əlimizə qırmızı rəng çıxarsa və ya 1 stəkan ilıq suya 1 çay qaşığı sumaq əlavə edərkən suyun rəngi qırmızı olarsa, demək ki, ona rəng qatılıb.
Zəfəran adı ilə bəzən bazarda aspir bitkisi satılır. Zəfəran alarkən həm qiymətinə, həm də kök qisminə diqqət etmək lazımdır. Əsl zəfəran ucuz satılmır və kök qismi (ağ qismi) kəsilir. Onun kök qisminin ağ olduğuna görə rəngvermə xüsusiyyəti yoxdur. Bəzən işbazlar çəkiyə ağırlıq qatmaq üçün kök qismini kəsib atmır.
Pul bibərə də rəng qatılır, bunu bilmək üçün 1 fincan ilıq suya 1 ç/q pul bibəri asta-asta əlavə edirik. Əgər suya qırmızı rəng çıxdısa, demək ki, rəng qatılıb. Keyfiyyətli pul bibər fincanın dibinə çökməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrAzərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrMal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl
25 sentyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrNaxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb
Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai
29 sentyabr