Çin idxaldan asılılığını azaltmaq üçün neft hasilatını artırır
Çin neft hasilatını artırır və enerji idxalından asılılığını azaltmaq üçün dərin sularda qazma işlərinə böyük sərmayə qoyur.
Qeyd olunub ki, dünyanın ən böyük neft idxalçısı tədarükünün 70%-dən çoxunu xaricdən alır, halbuki minilliyin əvvəlində isə bu rəqəm 10%-dən az idi.
Odur ki, Çinin üç ən böyük dövlət neft şirkətindən biri olan "China National Offshore Oil Corp" dərin sularda qazma texnologiyasının inkişafına böyük vəsait xərcləyir.
Çin neft şirkəti Çin və Koreya yarımadası arasındakı Bohai körfəzini ölkənin ən böyük neft yatağına çevirib və dövlət şirkətləri Cənubi Çin dənizinin şərqində Liuhua və digər yataqları genişləndirir. Ötən il Çinin neft hasilatının 60%-i dəniz quyularının payına düşüb.
ABŞ analitikləri vurğulayırlar ki, Chevron və Shell kimi böyük neft şirkətləri hələ də sektorun ən qabaqcıl oyunçularıdır, dənizin daha sərt və dərin hissələrində qazma işləri aparmaq üçün texnoloji imkanlara malikdirlər, lakin Çin şirkətləri bu boşluğu sürətlə doldurur.
Çin enerji idxalı marşrutlarını mümkün qədər artırmağa və şaxələndirməyə çalışır. Beləliklə, Rusiyadan Qazaxıstanın şimal ərazilərindən keçməklə Çinə qaz kəmərinin çəkilməsi məsələsi hazırda fəal müzakirə olunur.
Həmçinin, Çinə təbii qaz satışını artırmaq üçün Rusiya Pekinlə illik gücü 50 milyard kubmetr olan ikinci "Sibirin Gücü 2" qaz kəmərinin tikintisi üçün danışıqlar aparır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrAzərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrMal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl
25 sentyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrNaxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb
Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai
29 sentyabr