Rəşad Məmmədov: "Bu il TANAP ilə Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq"
Azərbaycandan təbii qazın Türkiyə və Avropaya çatdırılması üçün tikilən və 12 iyun 2018-ci ildə fəaliyyətə başlayan TANAP-ın Bakı-Tbilisi-Ərzurum qaz kəmərilə inteqrasiyası Xəzər dənizini Türkiyə ilə birləşdirərək qardaş ölkənin enerji təhlükəsizliyini gücləndirib və Azərbaycanın xaricə qaz satışına şərait yaradıb.
Bunu Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Anadolu Agentiyinə müsahibəsində bildirib.
Diplomat Azərbaycandan İtaliyaya qədər uzanan Bakı-Tbilisi-Ərzurum, TANAP və Trans-Adriatik Boru Kəmərinin (TAP) ümumi investisiya dəyərinin 40 milyard dollar olduğunu qeyd edib.
"Ən böyük və ən mühüm layihələrdən biri olan TANAP Avropanın və Türkiyənin təbii qaz mənbələrinin müxtəlifliyinin artırılması, o cümlədən Türkiyənin enerji dəhlizinə çevrilməsi istiqamətində indiyədək atılan strateji addımlar əməkdaşlığı yeni bir müstəviyə daşıyıb", - deyə səfir bəyan edib.
TANAP-ın fəaliyyətə başladığı gündən bu yana ümumilikdə 46 milyard kubmetr, o, cümlədən Türkiyəyə 22, Avropaya isə 24 milyard kubmetr qaz nəql edildiyini vurğulayan R.Məmmədov bu layihənin Türkiyənin təbii qaz qovşağına çevrilməsi işinə öz töhfəsini verdiyini deyib.
"Enerji Bazarını Tənzimləmə Qurumunun "Təbii Qaz Bazarı 2022 Sektor Hesabatı"na əsasən, 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz nəqli 8 milyard 705 milyon kubmetr təşkil edib. Sözügedən qaz nəqlinin bu il 10,2 milyard kubmetrə çatdırılması illik bazda təxminən 1,5 milyard kubmetr artım deməkdir", - deyə səfir məlumat verib.
Diplomat bildirib ki, ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması həm Azərbaycanın, həm də müxtəlif dövlətlərin qazının bu kəmər vasitəsilə Avropa dövlətlərinə göndərilməsinə imkan verəcək. Bu, həm Azərbaycan, həm də Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu, iki ölkənin siyasi əhəmiyyətini artıracaq.
R. Məmmədov SOCAR tərəfindən Türkiyənin enerji sektoruna 20 milyard dollarlıq investisiya həcminə də toxunub.
"Bu meqa layihələrə əlavə olaraq, Azərbaycanın dövlət şirkəti SOCAR-ın Türkiyənin enerji sektoruna yatırdığı ikitərəfli investisiya məbləği 20 milyard dollar civarındadır. Hazırda SOCAR Türkiyədəki qaz və neft tədarükçülərindən biridir. O, yerli türk şirkətləri TPAO və BOTAŞ ilə geniş əməkdaşlıq edir", - deyə diplomat xatırladıb.
SOCAR ilə TPAO arasında karbohidrogen yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığa diqqət çəkən R.Məmmədov TPAO-nun Azərbaycanda Şəfəq-Asiman, Qarabağ və bəzi digər layihələrində maraqlı olduğunu bildirib.
İğdır ilə Azərbaycanın Naxçıvan bölgəsi arasında təbii qaz kəmərinin çəkilməsinin gələcək layihələr arasında olduğunu deyən səfir qeyd edib ki, 2020-ci ildə imzalanan anlaşma memorandumu ilə təməli qoyulan bu layihənin həyata keçirilməsi istiqamətində lazımi addımlar atılır. Onun sözlərinə görə, kəmərin ötürmə gücü ildə 500 milyon kubmetr olacaq.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 830 Tarix: 11 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabr