Dədə Qorqud yadigarı TAMBUR: Balakəndə min illərdir yaşadılan sənət - FOTO

Dədə Qorqud yadigarı TAMBUR: Balakəndə min illərdir yaşadılan sənət - FOTOBu yurdun təbiəti kimi insanları da mənəvi cəhətdən rəngarəng və zəngindirlər. Bu yurdun insanları adət-ənənələrə sadiq, tarixi-mədəniyyətinə bağlıdırlar. Söhbət Şimal-Qərb qapımız Balakəndən gedir. Müxtəlif xalqların əsrlərdir birlik-bərabərlik şəraitində yaşadığı Balakənə hər yolu düşən bu birliyi, vəhdəti elə ilk andan hiss edə, görə bilər.

Bizim.media xəbər verir ki, bu birliyin, vəhdətin bir misalı da Dədə Qorqud yadigarı tamburun yaşadılması və inkişaf etdirilməsidir.

Balakən sakini Nizami Dabaxov son 30 ildə tamburu yaşadan, inkişaf etdirən bir el ozanı, el aşığı, el anasıdır.

Tarixdən gələn səs

Folklor xalqların şifahi və yazılı ədəbiyyatını, adət-ənənələrini, ululardan miras qalan və qorunub saxlanılan inanclarını, mətbəxini, musiqisini, xalq oyunlarını özündə birləşdirən, yaşadan və inkişaf etdirən bir mədəniyyət qoludur.

Bu mənada Balakən rayonunun kənd və qəsəbələrində folklor qrupları, el ozanları bu sahəni yaşadır və inkişaf etdirirlər. Rayonda 30 ildən çoxdur ki, tamburu sinəsinə sıxıb söz qoşan, el-obanı, qəhrəmanlarımızı vəsf edən Nizami Dabaxov isə ona nəinki sahib çıxıb, hətta yeniyetmə və gənclərdə bu milli alətə sevgi yaradıb.

Qızların tambura marağı sevindirici və qürurvericidir.
İllərdir rayonda tambur ifaçısı kimi tanınan, respublika müsabiqələrinin iştirakçısı Nizami Dabaxov deyir ki, mədəniyyətimiz nə qədər inkişaf etsə belə, tambura sevgi qalır. Hətta gənclər xüsusən son dövrlər qızlar deyişmələrə can atır, öyrənir. Nizami Dabaxov yeniyetmələrdən ibarət yeni folklor qrup təşkil etdiyini və onlarla mütəmadi görüşərək məşq etdiklərini bildirir. Folklor qrupun üzvləri tamburda ifa edib, söz qoşmaqla yanaşı həm də milli rəqslərə yeni düzən verirlər.

Folklorun bu qolu araşdırılmalıdır

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəfəq Hacıyeva uzun illərdir ki, bu yurdun folklorunu öyrənib-araşdırmaqla məşğuldur. O, Nizami Dabaxovla Balakəni qarşı-qarış gəzib həm bu el sənətkarının bəstə və ifalarını araşdırıb, həm də yaradıcı gəncləri Nizami məktəbinə cəlb edib. Mədəniyyətimizin təbliği və inkişaf yolunda yorulmadan çalışan bu kollektivin üzvləri tez-tez bir araya gəlib, həm yeni qrupun formalaşması istiqamətində məşqlər edir, həm də yeni bayatılar üzərində kompozisiyalar qurur.

Məqsəd Dədə Qorqud yadigarı olan tamburu balakənli Nizami Dabaxovun simasında bölgə və respublika miqyaslı festival və sərgilərdə tanıtmaq, sevdirməkdir.
Dədə Qorqud yadigarı TAMBUR: Balakəndə min illərdir yaşadılan sənət - FOTODədə Qorqud yadigarı TAMBUR: Balakəndə min illərdir yaşadılan sənət - FOTODədə Qorqud yadigarı TAMBUR: Balakəndə min illərdir yaşadılan sənət - FOTODədə Qorqud yadigarı TAMBUR: Balakəndə min illərdir yaşadılan sənət - FOTODədə Qorqud yadigarı TAMBUR: Balakəndə min illərdir yaşadılan sənət - FOTO


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1863   Tarix: 12 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

1 oktyabr
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

8 iyul
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust