Çində evlənənlərin sayı rekord həddə düşüb
Çində 2022-ci ildə təxminən 6,8 milyon nikah qeydə alınıb ki, bu da ölkədə belə statistikanın aparılmağa başladığı 1986-cı ildən bəri minimum göstəricidir.
Çinin Mülki İdarəetmə Nazirliyinə istinadən yayılan məlumata görə, təkcə son bir ildə ailə quranların sayı 803 min azalıb.
Həmçinin, ölkədə evlilik yaşı da artmaqda davam edir. Hazırda Çində insanların çoxu 27 yaşdan yuxarı ailə həyatı qurur.
Ekspertlərin sözlərinə görə, gənclərin evliliyə baxışları dəyişib. Onların bir çoxu artıq ailənin yaradılmasını və uşağın doğulmasını həyatda məcburi hadisələr kimi qəbul etmir. Bundan başqa, real həyatda evliliyin bahalaşması da gənclərin seçiminə təsir edir.
Xatırladaq ki, Çində maksimum nikah sayı 2013-cü ildə qeydə alınıb. O zaman 13,4 milyon cütlük nikah bağlayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1846 Tarix: 12 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ailə daxilində tez-tez yaranan münaqişələr nədən qaynaqlanır? - AÇIQLAMA
Ailə daxilində tez-tez yaranan münaqişələr cəmiyyətin ən həssas və aktual problemlərindən biri hesab olunur. İlk baxışda bu qarşıdurmalar məişət qayğıları, maddi sıxıntılar və ya gündəlik anlaşılmazlıqlar kimi görünsə də, mütəxəssislər bildirirlər ki, məsələnin kökündə daha dərin psixoloji səbəblər dayanır
27 aprelMəktəblərdə rus sektoruna qəbul qaydası dəyişdi
Xəbər verdiyimiz kimi, növbəti tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibə qaydası təsdiqlənib. Trend-in əldə etdiyi məlumata əsasən, I sinfə qəbul üzrə müsahibələr ildə 1 (bir) dəfə olmaqla cari ilin may-iyun aylarında, II-XI siniflər üzrə müsahibələ
28 aprelBu şəxslərin 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlərin siyahısı açıqlanıb. Qaynarinfo xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir v
28 aprelQar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Aprelin 28-dən 30-u səhərədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı
27 aprelBakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq
Bakıda aprelin 28-də hava yağmursuz olacaq, rayonlarda isə qısamüddətli yağıntılar gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər
27 aprel